Mən,mən olduğumdan əmin olsaydım;
Sənə “getmə” deməzdimmi?
Sənsizliyin bu qədər tənha mənsizlik,
Bu qədər tənha sənsizlik olduğunu bilsəydim;
Mən,mən olduğumu
Sən getmədən öyrənməzdimmi?
İndi sən, kim bilir hansı məndəsən?
Səni başqa gönüllərə tərk edərdimmi?
Mən sən olduğumdan əmin olsaydım.
Çeviren : Ayşen Savadova
Fotoğraf : Çetin Bayramoğlu
(EMİN OLSAYDIM)
