Mənim üçün sən vardın;
Günəş qədər isti,
İşıq qədər parlaq.
Özünü sevdim.
Tanıdım istiliyini,
Yaşadım sevgini.
Sözünü sözüm bildim.
Sən,mənimçün Sən’din;
Dəniz qədər dərin,
Qaya qədər realdın.
Özündə olan deyil,
Mən idin.
Əlimdə əlin,
Gözümdə gözüm,
Dodağımda dodağımdın.
Tərəddütüm deyil,
Həqiqətimdin..
Çeviren : Ayşen Savadova
Fotoğraf : Çetin Bayramoğlu
(SEN , BEN İDİN )
