Sən yadıma düşəndə,ağlım ürəyimə qarışır.
Gecəm gündüzümə çevrilir,sən xəyallarıma girəndə.
Əlimdən gələn; ağlımla qəlbimə hökm etmək
Və Elektronları titrədib sənə göndərmək,sadəcə.
Sevgim qəlbini titrədirmi? Bilmirəm.
Həyətimdə çiçəklər rəngarəng gözəlliklər saçır.
Səni sevdiyimi elektronlara yüklədiyimdə.
Evimdə pişiklərim doya-doya huzur yaşayır
Çox yaxında evə qayıdacağını dediymidə.
Sevgim qəlbində yaşıyırmı? Bilmirəm.
Sevgi bağlamalarını öpüb-öpüb qoxlayıram.
və Sənə yollayıram dalga-dalğa,işıq sürətində.
Gözlərimdə böyütdüyüm həsrəti bölüşürəm.
Sevgimizin xəbərçisi,sirr yoldaşım elektronlarla.
Sevgim qəlbinə çatırmı? Bilmirəm.
Çeviren : Ayşen Savadova
Fotoğraf : Çetin Bayramoğlu
(BİLMİYORUM)
