Problemlərin masmavi döşəyində,
Qan qoxulu şimşəklərin müşaiətində,
Övladlarıma can verdiyim evimdə,
Daşlaşan bədənimi itirirəm,
Qara atlıların var olduğu gecədə.
Zillənmiş qan çanağı gözlər üzərimə,
Sümüklü əllər sarılmış ürəyimə,
Son qeyd yazılmış əməl dəftərimə.
Ürəyim,
Döyünür ürəyim,
Öldüm,öldüm dirildim,
Uğursuz gecədə.
Son telkinler divarlara asılı,
“La ilahe illallah ” ürəyimdə yazılı.
Ürəyim döyünürmü? Bilmirəm.
Beynim yaşayırmı? Söyləyəmmirəm.
Özümü,özümdə hiss edəmmirəm.
Qırmızı paltarlı,gül qoxulu qızım.
Çənlərin arxasından süzülən varlığım.
Döşəyimdəki qəbrimə uzadır əlini.
“Anacan,bıraxma məni” sözləri,
Həyata geri qaytarır,bədənimi
Ürəyim,
Döyünür ürəyim,
Öldüm,öldüm dirildim,
Uğursuz gecədə.
Çeviren : Ayşen Savadova
Fotoğraf : Cenan Bayramoğlu
(HAYATA TUTUNMAK)
