Qara buludları yox etdik;
Mehmetçiyimizin arxasından getdiyi
Mavi gözlü,sarı saçlı Liderimizlə.
Sonsuzadək barışdırdıq;
Ağlımızı,vicdanımızla.
Anadolumuzu İstanbulumuzla,
Qovuşdurduq;
Şəhərlimizi,kəndlimizlə.
Ulduzumuzu ayımızla bayraqlaşdırdıq
Məntiqimizi,ürəyimizlə.
Milli müstəqilliyi taclandırdıq;
Və dahi,az vaxtda çox işlər bacardıq;
Yeddi cahana qarşı,yeddi canlı
Cümhuriyyətimizlə.
Biz Cümhuriyyəti çox sevdik;
Demokratiyanı da.
Səksən yeddi il əvvəl,
Cümhuriyyətimizi elan etdi;
Kimsəsizlərin kimsəsi,
Türk millətinin zirvəsi
Uyğunlaşdıran : Ayşen Savadova
(YAŞASIN CUMHURİYET)
