İstanbul gecələri

Bir duyğu selidir;
İstanbul gecələri.
Verilən busələrin
Qaranquş qanadlarında
Yağış altı xəlvətiliklərdə
(Yağış altda gizli öpüşlərdə)
Yuyunan çırpıntıların ,
Ürəyimizdə yaşatdığımız
İstanbul gecələri.
Bir ulduz yağışıdır;
İstanbul gecələri.
Qütb ulduzunun ulduzlaşdığı
Sevdalarımızın yanaq -yanağa
küçələrində müjd ələndiyı
Haliç kənarı tənhalığına
Təqdim etdiyimiz içkimizdir
İstanbul gecələri.
Bir naməlum gəzintidir
İstanbul gecələri.
Qağayı qığıltıları ilə birgə,
Camilər, körpülər, qədim tarixlər
Bu günümüz və gələcəyimiz,
Zanbaq qoxulu gəzintilər,
Sevdamızın aydınlanmağıdır
İstanbul gecələri.

Çeviren : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(İSTANBUL GECELERİ)

Bilinmeyen adlı kullanıcının avatarı

About Çetin Bayramoğlu

Şairim , insanım.
Bu yazı Azerbaycan Türkçesi içinde yayınlandı ve olarak etiketlendi. Kalıcı bağlantıyı yer imlerinize ekleyin.

Yorum bırakın