İndi gecənin ən sakit çağı
Səhərə çox az qalb
Günəş ha qalxdı,qalxacaq
İstanbul al-əlvan
Məscidlər,körpülər və Haliç
Bəs o gözlərin,bəs o gözlərin?
Al-əlvan o gözlərin.
Ay səmada,Ay dolunay
Parlaq görünüşüylə möhtəşəm
Ətrafında ulduzlar sayrışır
Al-əlvan boyanıb səma
Və od kimi toxunur əllərimə.
Bəs o əllərin,bəs o əllərin od kimi o əllərin
Rahatlıq və səadət sayrışır
(bir damcı olsaydım,öpsəydim gül üzünü)
Dövrəyə almış dörd bir tərəfimi
Səssizlik ney və tarı götürmüş
Yavaş-yavaş yol gedir
və sənlə mən sakit,gecə sakit
İndi İstanbulun ən sakit çağı
Çeviren : Ayşen Savadova
Fotoğraf : Çetin Bayramoğlu
(BİR DAMLA OLSAM)
