Keçmiştəki mən, artıq mən deyiləm
Bugünkü mən, sən və mənəm
Sabahki mən, mən olmayacam
Amma indiki mən, sənəm bilirəm
Dünəndə qalan sən, döyünən qəlbim
Bir də fikrimdəki sən və mənəm
Sevən mən, sevilən sən
Olandan sonra, mən sənəm bilirəm.
Birdənəm, gülən gözəlliyim
Qəlbimdəki sən, qəlbimdəki mənəm
Tək olan mən, tək olan sən
Mən sən olacam, sən də mən bilirəm
Çeviren : Ayşen Savadova
Fotoğraf : Çetin Bayramoğlu
(BİLİRİM)
