Məktubların gəlməz oldu,
Ürəyin mənim üçün döyünürmü?
Kədərin,sevincin,həsrətin,
Kağızdan kəpənəklərin uçmaz oldu.
Dörd divar,dəmir barmaqlıqlar
Çatmaz oldu,gözyaşı qoxulu məktublar;
Qara günəş altındakı sevgilimin.
Həyat sevinciylə dolduracaq,
Gül qoxulu öpüşlərlə ovudacaq,
Qara zindanların dərinliklərində
Məktubların gəlməz oldu,
Günəşin şəfəq saçırmı?
Səssizliyin eşidilməz oldu,
Bir müddətdir,yolunu gözlədiyim
Əlin əlimə dəyməz oldu.
(zindanda su kimidir)
Əlinə dəyən məktublar yetərdi.
(zindanda çörək kimidir)
Həyatın qaranlığı yox olurdu.
(zindanda üsyan kimidir)
Çiçəklər tökülürdü,üstümə-üstümə,
(zindanda inqilab kimidir)
Sənin məktubların gələndə.
Məktubların gəlməz oldu.
Həyatın şeiri yaşıyırmı?
Çeviren : Ayşen Savadova
Fotoğraf : Çetin Bayramoğlu
(GELMEZ OLDU )
