Qucaq dolusu eşqdən yaradıldıq,
Doğulduq,nəfəs aldıq,
Əmizdirildik,torpaqüzlü qadınlarca.
Buğda qoxladıq,günəş topladıq,
Doya-doya su içtik, çeşmə başlarında
Sevdalandıq,torpaqüzlü qadınlara.
Gün gəldi köç eylədik,
Alın təri tökdük, bir əkmək uğruna.
Puşt zulasında bıçaq saxladıq
Kor quyulu zindanlarda.
Sevda məktubları oxuduq
Qışlaqların kuytularında.
İsti tenli siqaretlər tüttürdük
Torpaqüzlü qadınlara.
Oğul verdik,qız aldıq.
Uşaq verdik,səadət aldıq.
Gün gəldi kədərləndirdik,gün gəldi kədərləndik,
Uzaq durduq, torpaqüzlü qadınlara.
Min bir and içdik,tuta bilmədik;
Qar çiçəklərini vasitəçi qoyduq.
Torpaqdan gəldik,nəhayət döndük torpağa.
Min bir minnət,min bir şükran,
Bizi qucaqlayan,sevib qoxlayan,
Torpaqüzlü qadınlara…
Çeviren : Ayşen Savadova
Resim : İbrahim Balaban
(TOPRAK YÜZLÜ KADINLAR)
