Qağayılardakı bu qorxu,niyədir görəsən?
Küçə pişiklərinin narahtçılığı bəs?
Günəş gizlənmiş pərdələrin arxasında.
Söyləyin,söyləyin onlara: Toxunmasınlar.
Küçələrdə gəzən qatil üzlər.
Qaranlıq köşələrdə xain tələlər
Evlərdə yaşadılan qaranlıq xatirələr.
Söyləyin,söyləyin onlara: Qaralmasınlar.
Vicdanlar yerlə bir,insanlıq can verir
Zindanlar can alıb,ölüm toxumları əkir.
Alçaq siyasətlər könül çiçəklərini əzir
Söyləyin,söyləyin onlara: Alçalmasınlar.
SÖYLƏYİN ONLARA
About Çetin Bayramoğlu
Şairim , insanım.
Bu yazı Azerbaycan Türkçesi içinde yayınlandı ve SÖYLƏYİN ONLARA olarak etiketlendi. Kalıcı bağlantıyı yer imlerinize ekleyin.
