
Ey gözəl ,inci gərdan üzərinə sal saçlarını.
İzin ver,sənsiz gözyaşlarımı ürəyində əzizləyim.
Dalğa-dalğa saçlarını sal qoynuma,qoynuma
Birləşən ruhlar,gözyaşlarını töksün coşğun dalğalarda
İzin ver,əllərini əllərimə möhkəmcə sıxım.
Şəfqəti ilə əhatə etmiş Zührə,başdan sona göyüzünü
Ay dolunay,Göyüzü yağış,Yerüzü islaq
Uçuşan yarpaqlar,əsir etsin yağış damcılarını
Okean dərinliyində ağappaq gözyaşlarında üzüm.
Sil gözyaşlarını,ver ürəyini ürəyimdəki dodaqlarıma
Sonsuzluğa üzək,qanadlanan göyüzü dalğalarında .
Qoruyucu olsun tül şal,səhər sinəndə dincəlim.
Ay işığı dalğa dalğa ,sevgiylə yuyur gül üzünü.
Sən yorğun,mən yorğun,yelkənlərimiz islaq.
Çeviren : Ayşen Savadova
Fotoğraf : Çetin Bayramoğlu
(SIRILSIKLAM)