Uzun incə yollarna
Üz sürtdüyüm,
Dağlıq Qarabağna
Diz çöküb öpdüyüm,
Müqəddəs torpağna
Alın qoyduğum
İşğal altındakı Vətənim:
Uçurulmuş divarların,
Yandırılmış evlərin,
Həsrətimi dağlayır.
Gül bağçalarında
Əl tutduğum,
Küçə tinlərində
Yol gözlədiyim,
Toy halaylarında
Söz aldığım
İşğal altındakı Vətənim :
Məzar daşlarında,
Atamın diyarında
Həsrətim ağlayır.
Şeir gecələrində
Gözəlliklər bəxş etdiyim,
Aşıq qoşmalarında
Gülüb,ağladığım,
Dədəm Qorqud dastanında
İgidcə yaşadığım
İşğal altındakı Vətənim :
Ruhumun dərinliklərində,
Şüurumun düzlüklərində
Həsrətim sızıldayır.
Çeviren : Ayşen Savadova
Fotoğraf : Çetin Bayramoğlu
(HASRET)
