Uşaqlığımın sehri yox olmamış
Yuvası bildiyim ölkəm.
Nə zaman taxta atımdan düşsəm
Oğul oğul kədərlənir:
Sinəsində yatdığım anam,
Çiynində yüksəldiyim atam.
Rəngləndirir röyaları
Şirin dilli nənəmin nağılları.
İgidlərimin ər meydanlarında
Xırman olan ölkəm.
Nə zaman bir Ah! çəksəm
Gur-gur dillənir:
Dağların zirvələrindəki buludlar
Dənizlərin sahillərindəki dalğalar.
Coşdurur ürəyimdəki şövqü
Müqəddəs bildiyim vətən eşqi.
Gəlinlərimin xınalı əllərində
Tülbənd olan ölkəm.
Nə zaman dərinlərə qərq olsam
Yağış yağış yağır:
Ulduzları göy üzündəki
Çicəkləri yer üzündəki.
Sağaldır ruhumdakı fəryadları
Ağ saqqalı dədəmin nəsihətləri.
Uyarlayan : Ayşen Savadova
Fotoğraf : Çetin Bayramoğlu
(GÜZEL ÜLKEM)
