Bir quş qanad çırpar
Ürkək ürkək atar zaman
Nəfəs nəfəs qoxar Haliçdə an
Avazı çıxanadək bağırar
Günəş və İstanbul buludları.
Bir cüt əl qovuşar
Bir cüt göz tusdaq olar
Bir gəmi əl sallar Haliçdə
şirin şirin gülümsəyər
Qanadı açılmış İstanbul insanları.
İstanbul sabahında zaman dayanar
Nəfəslər tutular
Sevgi axar damarlarda
Gülüşlər doğar baxışlarda
Xoşbəxtlik açar İstanbul küçələri.
Bir cüt çiçək qovuşar qar altında
Tumurcuqlanar gözyaşları
Tumurcuqlanar qar dənələri
Könüllərə ulaşar xoşbəxtlik və huzur
Günəşə ulaşar İstanbul sevdaları.
Bir quş qanad çırpar
Bir quş ürəyə qonar
Bir quş ağappaq uçar
Sarıb sarmalayar ümidləri
Quş qanadında İstanbul sabahları.
Uyarlayan : Ayşen Savadova
Fotoğraf : Çetin Bayramoğlu
(İSTANBUL SABAHLARI)
