Bir bütündük həyat mübarizəsində.
Coşğun zamanlarımızın
Qarşıqoyma əzmindəki eşqimizə nə oldu?
Xatırlarsan,Hər an,
Eşqimizin torpaqdan daha qalıcı
Daha bəhrəli olmasını diləyərdik.
Cücərmədi,torpağa atdığımız toxumlar
və Qəflətən yağan yağmurda
Çürüdü getdi yetim qalan xatirələr.
İndi,qəlbimiz paramparça
və Sevdamızı qoruduğumuz
Nəfəssiz həyatımız min bir parça.
Gecələr paylaşdığımız xatirələrsə
Ulduzların ötəsindəki uzaqlıqda.
Uyarlayan : Ayşen Savadova
Fotoğraf : Çetin Bayramoğlu
