Görkəmli köç aylarında yelkovan quşları
Marmara dənizindən sürüylə balıq ovlar.
Galata qalasından Üsküdara baş çəkin.
Hazerfen Əhməd Çələbiyə yoldaşlıq edər
Çığırtqan və işğalçı bəyaz qağayılar.
İstanbulun ziyalılarıdır ağıllı qarğalar.
Qamışlıqlar dalğa-dalğa dalğalanar rüzgarda,
Bataqlıqlar şənləndirər leylək yuvaları,ilkbaharda.
Damlar,çardaqlar və məscid şərəfələri
Sonbahara kimi qalar,hacıleyləklər.
İstanbul quşlarını bağırlarna basar
Süleymaniye məscidinin günəşli və
Rüzgarsız bucaqlarındakı quş evləri.
Bülbül dərd tökər,sərçə dərd dinlər.
Sultan Əhməd məscidinin mömin avlusunda
Sevgiylə qarşılanar,İstanbulun quşları.
Eyub Sultan məscidində sabah azanları
Göyərçin qanadında yeni günü qarşılar.
Barış və azadlıq simvolu göyərçinlər
Yerüzündən göyüzünə qoruyucu mələklər.
Qanad səsləri və mahnıları ahənglə daşıyarlar
Eyub Sultan məscidi avlusunda,İstanbul quşları.
Kadıköy aşiqləri dərdləşir qarabataqlarla.
Çekmece gölünün ətrafı dolub-dolub boşalar
Uzun qanadlı,əyri quyruqlu su qaranquşlarıyla.
Haliç dənizi üzərində uçan quşlar
Sürətlə alçalıb yüksələn kiçik,narin qaranquşlar.
Bəs qumrular? Harda utanqac qoşa qumrular?
Bir başqadır,gülərüzlü İstanbulun quşları.
Uyarlayan : Ayşen Savadova
Fotoğraflar : Çetin Bayramoğlu
(İSTANBUL’UN KUŞLARI)

