Aydınlıq gələcəyəm

Səni görüncə gözəlim,
Kəpənək coşqusunda
Vurar ürəyim.
Ha uçdu, ha uçacaq
sonsuz göyüzünə.

Sən uzaqlardaykən sevdiyim,
Kəpənək kövrəkliyində
Baxar gözlərim.
Ha qırıldı, ha qırılacaq
min bir zərrəyə.

Sən xəyalımdaykən sevdicəyim,
Kəpənək yalnızlığında
Yaşar gecələrim.
Ha həbs oldu, ha həbs olacaq
rəngsiz xəyallarıma.

Sən yanımdaykən gözbəbəyim,
Kəpənək azadlığında
Uçar düşüncələrim.
Ha çatdı, ha çatacaq
aydınlıq gələcəyə.

Uyarlayan : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(AYDINLIK GELECEĞİM)

Bilinmeyen adlı kullanıcının avatarı

About Çetin Bayramoğlu

Şairim , insanım.
Bu yazı Azerbaycan Türkçesi içinde yayınlandı ve olarak etiketlendi. Kalıcı bağlantıyı yer imlerinize ekleyin.

Yorum bırakın