Haliçin üzərini gümüş mavisi bir mehtab yuyur.
Ha oxundu, ha oxunacaq camilərdən sabah azanları.
Ay üzlü qadın, yola düzülmüş, Topqapı arxalarında.
Dənizə vurur şövqü, Haliç yuxusundan oyanır.
Oyanır, Haliçdə, qədim tarixli Mehmetin qayıqları.
Yorğun bir neçə sürücü ruzisini gözləyir.
Geniş küçələr rəqsə qalxmış, par-par yanan aydınlıqla.
Səssizcə seyr edir, təmizlik işçiləri, hörmətlə.
Köşədən dönər axşamdan qalan, sallana-sallana fırlanır.
Kürəyində bu qədər ilin yükü, şəhərə qusur axşamları.
Oyanıb, illərin Kasımpaşa limanı. Salamlayır
Haliçin qarşı sahilindəki dostu, Fener limanı.
Salamlaşır Haliç körpüləri və əməkdar gəmiləri.
Günün ilk səfəri, dəmir relslərin üzərindən qalxır.
Yuxulu gözləri seyr edir şəhəri, vətəndaşları.
Sonbahara həsəd aparmış bir qış gecəsi sakitliyi qucaqlayır.
Şəhərin üzərində, qalın bir örtük. Anamızın üstümüzu
Örtdüyü, şəfqətlə və dualarıyla, soyuq qış axşamları.
Gecə boyu, bir örtük, İstanbulu qucaqlayır.
Ha oyandı, ha oyanacaq, İstanbul şəhər insanları.
Uyarlayan : Ayşen Savadova
Fotoğraf : Çetin Bayramoğlu
(HALİÇ’TE MEHTAB)
