Səssiz mələyim

Beş yaşında mələyim okean səssizliyndə,
Uzanmışam yanına səssiz mələyimi dinləyirəm.

Mənə, bugün “Günəş çıxmadı” demə;
mələyim buludların gerisində.

Beş yaşında mələyim cümlələri heçdən ötə.
Hər gecə yatağında səssiz nağıllar söyləyirəm mələyimə.

Mənə, bugün “Necəsən?” demə;
ruhum fırtınadan əvvəlki səssizliyində.

Beş yaşında mələyim gözlərinin içi günəşdən ötə.
Gözlərini gözlərimə, içimə çəkirəm, mələyim məndən ötə.

Mənə, bugün “Hardasan?” demə;
özümü həbs etmişəm mələyimə.

Uyarlayan : Ayşen Savadova

Bilinmeyen adlı kullanıcının avatarı

About Çetin Bayramoğlu

Şairim , insanım.
Bu yazı Azerbaycan Türkçesi içinde yayınlandı ve olarak etiketlendi. Kalıcı bağlantıyı yer imlerinize ekleyin.

Yorum bırakın