Bayırda yağış yağır,
Xoşbəxtlik küçəsində.
Axtarıram həqiqəti, yaşamaq üçün
Həqiqətin çiçəkli bağçasında.
Səsini soruşuram quşlardan
Kindən uzaq, utancdan uzaq,
Qorxusuzca yaşayıram.
Yaxşılıqlarımı böyüdüb-böyüdüb,
Sən tapasan deyə,
Küçələrə buraxıram.
Gəncləşirəm, mübarizəylə,
Gözəlləşirəm, səninlə.
Bacarmaq istəyirəm, bacaracam.
Bayağı kölgələrin zəif səslərini
Duymuram, duymayacam.
Bayırda yağış yağır,
Tindən dönməyini gözləyirəm.
Başlayacam şeirimə yenidən,
Misraları dodaqlarından,
Sözləri öpüşlərindən.
Uyarlayan : Ayşen Savadova
Fotoğraf : Çetin Bayramoğlu
(DIŞARDA YAĞMUR YAĞIYOR)
