Özgür İnsan

İnsanlığın böyük gələcəyi,sən.
Dünyanı xilas edəcək,sən.
Zülmün xofluğunu,
Zərlərin pul-pul töküldüyünü
Göstərən sənsən,sən.

Özünə güvənən insan,sən.
Zülmlərin insana yadlaşmasını
Üzlərinə çırpan,sən.
Əziyyətlərə boyun əyənləri
Oyandıran sənsən,sən.

Ağlımızda yaşayan qəhrəman.
Ürəyimizdə aslan,sən.
Biləyimizdə dirənən.
Yoxsulların yoxsulluğunu,
Gücsüzlərin gücsüzlüyünü
Paramparça edən sənsən,sən.

Adi insanların adiliyini,
Boyun əyənlərin əzilmişliyini
Üsyana çevirən,sən.
İnsanlığın ruhunda qanayan yaranı
Deşən də sənsən,sən.

İnsanlığın tarixi birikimi,
Günümüzün günəş aydınlığı,
Gələcəyimizin çoban ulduzu.
Mübarizəçi sənsən,gələcəyə güvənən.
Nikbinlik sənsən,Öndər sən.
Haqsızlığa qarşı dik duran,
Yaradan,paylaşan,
Özünü aşan sənsən,sən.

Həqiqəti söyləyən,gecə-gündüz tər tökən.
Fədakar sənsən,həqiqət eşqi sən.
Tarlalarda məhsul,ürəklərdə sevgi,
Beyinlərdə bilgi,cəsarət və mərhəmət
Sənsən,özgür insan sən.

Uyarlayan : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(ÖZGÜR İNSAN)

Bilinmeyen adlı kullanıcının avatarı

About Çetin Bayramoğlu

Şairim , insanım.
Bu yazı Azerbaycan Türkçesi içinde yayınlandı ve olarak etiketlendi. Kalıcı bağlantıyı yer imlerinize ekleyin.

Yorum bırakın