
Torpağın yaradıcı səsini,
Çiçəklərin göyərən tomurcuğunu,
Börtü böcəyin eşqə səslənişlərini,
Dinlədikcə anlayıram: Anadoluyam.
Dağların qartal zirvələrini,
Dəryaların dərin yalnızlıqlarını,
Çinarların qədim tarixini,
Duyumsadıqca anlayıram: Anavətənim.
Uşaqlığımın süd qoxusunu,
Gəncliyimin igid cəsarətini,
Öpüləsi,gözəlim pambıq əllərini
İtirdikcə anlayıram: Yalğızam.
Uyarlayan : Ayşen Savadova
(ANLIYORUM)