Kəkəç Çoban

On beşində,yanıq tenli,
Ürək yaxan baxışlı,
Urfalımı,Urfalı.
Mustafam,ürəyimi yaxan
Kəkəmə çoban Mustafam
Urfanın düşən ulduzu
Yaşayardı yalnızlığı,
Ailəsinin yazğısına yaxdığı
Kəkələmə rahatsızlığı.
Dağlarda can yoldaşları,
Qoyunlar və quzular
Başına qaxınc etməzdi
Lakin sevərək qucaqladığı
Məktəbindəki dostları
Yaşatdılar,bu dünyada
Cəhənnəm həyatı.
Mustafam,çoban ulduzum.
Qərarını vermiş on beşində,
Bu dünyada kəkələmə izdirabını
Daşımamaq üçün daha artıq ruhunda,
Məktəbin damından tullanmış betona.
Kəkəmə çoban Mustafam
Belə yaşamaqdansa
Üstün tutmuş ölməyi və də o dünyadan
Bizləri izləməyi.
Bu kiçik qüsurunu daşıyammadığından
Qoyub köç etmiş.
Utancımızla,çürümüş
İctimai quruluşumuzla başbaşa
Qoymuş,bizləri.
Mustafam
Düşən ulduzum,kəkəmə çobanım.
“Həyata tutunsaydı biraz daha”
Deyəcəm amma
Nə üzüm var,nə də vijdanım
Əl verir buna
Eşidər kimiyəm fəryadını
Ulduzlardan gələn:
“Bugünə deyin,hardaydınız?”

Uyarlayan : Ayşen Savadova

Bilinmeyen adlı kullanıcının avatarı

About Çetin Bayramoğlu

Şairim , insanım.
Bu yazı Azerbaycan Türkçesi içinde yayınlandı ve olarak etiketlendi. Kalıcı bağlantıyı yer imlerinize ekleyin.

Yorum bırakın