Sitəm-1
Saat,saatlığını bilməli.
Sadəcə vaxtı bildirməli
Keçən ömrü;
Doğan və batan günəşlə
Ürəyimdə,gah sevinərək
Gah kədərlənərək,hiss etməkdəyəm.
Söyləyin saata!
Qarışmasın işimə.
Sitəm-2
Hardan biləcəksən ki,
mənim xoşbəxtliyi
harada saxladığımı?
Sənin xoşbəxtliyin senə aid!
Mənimsə kimi zamam ürəyimdə
kimi zaman siyirməmin ən gizlin köşələrində…
Bir mən bilirəm,harda olduğunu,
bir də mənim üçün çox özəl biri…
Sitem-3
Hər qəlbin döyüntüsü,öz əcəlinin ayaq səsidir (Beyazid-i Bestami)
Ya qəlbin döyüntüsü gələn
xoşbəxtliyin ayaq səsi isə;
hər ölümlünün sonu eynidiq
amma dünyada xoşbəxtliyi yaşamaq da
hər ölümlünun insanlıq haqqıdır,eyni zamanda
Niyə haqqımızı istifadə etməyək doya doya?
Sitem-4
sevmək qədər,unutmaq və unudulmaq da
insana və həyat məxsusdur.
Unudulmaq ölüm deyildir,
unutmaq eşqin sonu heç deyil…
Sitem-5
Sevdiyim,
aramızdakı divarı niye hördük səninlə?
Mən divarın bir tərəfində azada və xoşbəxt,
Sən digər tərəfdə azad və xoşbəxt.
Niyə hördük bu divarı aramıza səninlə?
Sevdiyim
Sitəm-6
Pislik üçün yaşayanlar və də
pisliyə qarşı mübarizə aparanlar;
Hamımız azad iradəmizlə tərəfimizi seçməliyik.
Ya aydınlığı seçəcəyik ya da qaranlığı?
Ya quşlar kimi ötəcəyik,ya da dibsiz kor quyular kimi
uğuldayacağıq? Ya da hər səhər,
nə gözəl yaşayıram deyəcəyik ya da
xoşbəxt və huzurlu yaşayanları qısğanacağıq
Sitəm-7
Tərk etmədən bil ki geri
qayıtdığında birgün
mənə ödəyəməyəcəyim qədər
“alacağım” olmuş “geri qayıdış” borcun.
Sitəm-8
Fəryadlarıma göyüzündəki quşlar
alicənab bir susmaya yoldaşlıq etdilər.
Ölülərə deyildir,arxalarından yazılan;
dirilərdən bəslənən ümidin incinməsi,
yaşananlara məxsus şikayətdir.
Bəlkə də gedərək tənhalaşmaqdır
ölülərlə söyləşmək.
Yoxsa göyüzündəki quşlar belə
gecəmi,gündüzümü tərk etdilər?
Yaşayan ölülərlə danışmaqdansa;
dərdimə dərmandır
ölümsüzlüyü yaşayan ölülərlə dərdləşmək.
Uyarlayan : Ayşen Savadova
