Özümü aşan bir çığ altındayam.
Günlük-günəşlik bir gündə
İçimdə həyat sevinci,dopdolu.
İçimdə baş qaldıran bədbin düşüncə
Tərif edilməsi çətin bir duyğu
Oyadır narahatçılığımı.
Niyə?
Aşağı çəkilirəm,ayaqlarımdan.
Nikbin duyğular zirvəsində
Həyatı və insanları sevirəm.
Həyatıma və ümidlərimə qəflətən
Girən bir qara düşüncələr,
Düzəldilməz duyğular əsiriyəm.
Niyə?
Uzaq gələcəyim,ümidimi basdırır.
Oyandığımda duyduğum xoşbəxtliyi
Dəhşətli narahatlığa çevirir.
İçimdə baş qaldıran narahat duyğu.
Bir dəli duyğu içərisindəyəm
Niyə?
Uyarlayan : Ayşen Savadova
(DEHŞETLİ HUZURSUZLUĞUM)
