Qələmlərim var, qılıncdan kəskin,
Qırsammı?
İşıldayan kitablarımı
Yandırsammı?
Bəyaz səhifəli dəftərlərimi
Bağlasammı?
Aydın düşüncələrim var, beynimdə;
Unutsammı?
Qəlbimdəki millət sevgisini,
Beynimdəki vətən tutqusunu,
Vijdanımdakı ədalət duyğusunu
Hara qoysam?
Bədbin düşüncələr ağlımızı
Gəmirməyə başladımı,
Qara görkəmli silahlara
Qan qoxulu adamlara
Məğlub olduq deməkdir.
Bədbinliyi nikbinləmək əlimizdə.
Dirənməyə dəyməzmi?
Qələmimi qırmayacam,
Dəftərimi bağlamayacam.
Kitabımı yandırmayacam
Xəbərin olsun!
Uyarlayan : Ayşen Savadova
(HABERİN OLA!)
