Göy qurşağı mövsümündə
Həbs olmuşam tozlu pəncərələrə
Sıx bağlanmış pərdələr arxasında
Eşq çoşğusunu yaşamaq istəyirəm
Göy qurşağı gözlərində
Kitabların aydınlığında
Düşüncələrin çoxluğunda
Qışım sənsən, yazım sən
Gecəmdə dolaşan izlər
Gündüzümü isidən sözlər sən
Ümidimin aydınlığında
Zindanların qapısında
Sevdamın davasında
Axtardığım sənsən, ağlımla
Əlimlə sığalladığım göy qurşağım
Yaşadığım sənsən, şövqlə
Pırıl-pırıl aydınlığım
Səbrimin son həddində
Yalnızlıqların meydanında
Gəl artıq, saxla məni qoynunda
Uyarlayan: Ayşen Savadova
(GÖKKUŞAĞI SEVDAM)
