Susaram…

082

Sənə səslənər daim yalnış əzbərlərim
Ürəyimi ağrıdar, yalnışlarım.
Gözyaşlarım coşdu, coşacaq!
Çox şey var anlatmaq istədiyim…
Duyğularım alovlananda,
İçimdə yanğın başlayanda susaram…

Bir sızıltı damağıma yerləşəndə,
Burnumun ucu göynəyəndə,
İki damcı yaş gözbəbəklərimə dirənəndə
Danışmaq istədiyim yeganə insan var…
Daha çox artar səni incitməyim, susaram.

Göz izləri həsrətlərimdir, darıxaram.
Ürək izləri sevdalarımdır,sevdalanaram.
Hava kirli qaranlıq, yağmurlu və soyuq..
Sən heç sevməzdin, üşüyürsən oralarda.
Mənim də içim sızıldayır, ürəyim fırtınalarda
Heç ağlamadığımız bir dünya olsun istəyərdim.
Məni yox say, məğlubiyyətimlə baş-başayam…
Daha çox artar sənə həsrətim, susaram.

Uygunlaştıran : Ayşen Savadova

(SUSARIM…)

Bilinmeyen adlı kullanıcının avatarı

About Çetin Bayramoğlu

Şairim , insanım.
Bu yazı Azerbaycan Türkçesi içinde yayınlandı ve olarak etiketlendi. Kalıcı bağlantıyı yer imlerinize ekleyin.

Yorum bırakın