Yenə yüklü buludlar, hamilə qadınlartək.
Səslər ucaldıqca dillənir, ucaldıqca dirənir.
Uşaqtək yaradıcı, çiçəktək həssas,
Dillənən səslər, inqilab, inqilab deyə dillənir…
Gənclik qədər qorxusuz, sevgi qədər incə,
Qadın kimi verimli, yüksələn səslər…
Sanki tarixi sıxılmış, ümid saçır.
Yağacaq inqilab kimi, yenə yüklü buludlar…
Bütün yüklülər kimi onlar da boşalacaq.
Həyatın qaynağında su idi; fışqırdılar
Sonunda buludlar kimi yağmur oldular,
Həyata qovuşdular uşaqlar, qadınlar…
Bu qədər utancla kirlənmiş yollar,küçələr;
Bütün xurafatçı tozlar, kirlər, pasaqlar;
Kənd, qəsəbə; dağ, bayır; künc bucaq
İnqilabın dirənciylə ümüdə büründülər…
Yumruqlardan qorxub yox olacaqlar.
Dünəndən daha yaxşı “bugün” yaranacaq
Gəncin üzündəki ümid, röyasındakı gələcək.
O sel, yağacaq inqilabla yaranacaq.
Uygunlaşdıran : Ayşen Savadova
(YÜKLÜ BULUTLAR)
