Düşüncələrimlə ruhumun qarşıdurmasına qarışmış
Narahat günlərin, madyan südü həsrətində
Toxundum kədərlərlə yüklənmiş buludlara
Doya doya yaşayıram nal səslərində
Ana sinəsindən qoparıb-alınmış uşaqdım
Əzəldən yağmur qoxusuna, suya həsrət
Uzaqlardakı qum dənəsi yüklü bulutdum
Sənsiz atüstü günlərim acı qürbət
İnqilabçı ruhlar aydınlığa doymaz
Röyalarımdakı atlar çöllərdə durmaz
Sonu hiss edəndə sakitcə çəkilərlər
Heç kimə görünmədən dik və şərəfli gedərlər
Yılkıya hələ var deyirsən gülüm
Biz ən yaxşısı qızılı daylaqlarımızla uçaq
Dayandır bu matəmimi,yaralanmış könlüm
Göyüzünün bəyaz buludlarında görüşək
Bozçölün yamaclarında gördüm səni,sallana sallana
Küheylan belində səniydinmi o, söylə mənə
Artıq çıxaq bu xəyaldan, addımlayaq sabahlara
Qaranlığın və günahın dəymədiyi yerlərə
Uygunlaştıran : Ayşen Savadova
(GÖRDÜM SENİ)
