Könlünün sevgi düşən kölgəsində
sərçə kimi qərarsız dayanmışdın
Sən günəşdən daha gerçəkdin
Hətta ulduzlardan çox
dan vaxtına yetişəcəkdin
Dayanma əsla!
Öz nəğməni söylə
və gün ağararkən öz yolunu gözlə
dünyanı qucaqla
qapılarını arala
insanlığı və aydınlığı qucaqla
dərdlərdən qorxma
hər gün yenidən başlar
Unutma əsla
Bir səs səni çağırır
yola düş
özünə nümunə ol
yaradaraq xoşbəxt ol
yaratdığınla yaşa
özünü dinlə,təbiəti qucaqla
küləkdə sovrulsan da
məğlub olma əsla
Yaşamın mənbəyindən səslənəcəm
və səsinin yolunu gözləyəcəm
Yalnızlıq vadisində tək deyilsən
Mən orda olacam
Gecikmə əsla
Uygunlaştıran : Ayşen Savadova
(BEN ORADA OLACAĞIM, GECİKME SAKIN)
