
Gecə boyunca, incə ağ bir şal
Qucaqladı; şəhərin ən ucqar künc bucakları.
Sanarsan ki dağdan enən aç çaqqal
Doldurur, səssizcə, İstanbul küçələri.
Doğan günəş ilə çəkilər küncünə.
Şəhərə buraxdığı miras, bir tül ip-incə.
Bir də yaşıl yarpaqların sevgilisi
İçməli şaf, ay pərisi, su dənəsi.
Kasımpaşa iskələsində ağ gəmi,
Sisli gecə yorğun, qağayılar göyərtəsində,
Qonaq edir sisli şəhərin əməkçilərini
Günəşli gün ehtirası yüklü üzlərində.
Şəhərin səhər günəşi, həyatı oyandırır
Təpədəki Galata qülləsi, başını qaldırır,
Kobud və məğrur Haliç körpüsü gərnəşirdi
Yolcu edir möminləri, Fatih məscidi.
Uyğunlaşdıran : Ayşen Savadova