Səssiz Mələyim

Mənim beş yaşlı mələyim
okeanın səssizliyində,
Mən yanında uzandım
Səssiz mələyimə qulaq asıram.

Mənə “Günəş bu gün doğmadı!” demə;
Mənim mələyim buludların üstündədir.

Mənim beş yaşlı mələyim
heçdən kənar cümlələri.
Hər gecə yatağında
Səssiz nağıllar danışıram
mələyimə.

Mənə “Bu gün necəsən?” demə;
Fırtınadan əvvəl ruhum sakitdir.

Mənim beş yaşlı mələyim
Gözləri günəşdən uzaqdır.
Gözlərini mənim gözlərimlə
Nəfəs alıram
Mənim mələyim məndən kənardadır.

Mənə “Bu gün haradasan?” demə;
Özümü mələyimə həbs etmişəm.

13.08.2000 İstanbul

Bilinmeyen adlı kullanıcının avatarı

About Çetin Bayramoğlu

Şairim , insanım.
Bu yazı Azerbaycan Türkçesi içinde yayınlandı ve olarak etiketlendi. Kalıcı bağlantıyı yer imlerinize ekleyin.

Yorum bırakın