Author Archives: Çetin Bayramoğlu

Bilinmeyen adlı kullanıcının avatarı

About Çetin Bayramoğlu

Şairim , insanım.

Bana Kalan Hüzün

Sensizliği, ağlayıp, gözlerime, gözlerime gömdüm. Sessiz gözlerin aydınlığıma şimdi daha yakın… Sıcak çöllerin kirini yıkıyor, yağmur. Sesini duyuyorum senin, sessiz ve mağrur. Suskunluğum sanki binlerce yıllık sürgün. Saçlarında kokusu deli bir ormanın. Sesini dinlediğim, yüzümü yüzüne sürdüğüm. Sevilmek sana benziyor, … Okumaya devam et

Sevda şiirleri içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Gözəl İnsan

Müdhiş gözəl bir külək əsir Dünya üzərində,ağır-ağır. Tarixin maddəsi yazılır Uygarlıq səhifəsinə,sətir-sətir. Şüurlarında insanların Damla-damla toplanır. Vijdanlarına xalqların Dərin-dərin işlənir. Tarixin tunc qanunlarından daha dirəncli: Xalqların dirənci. Elimin aydınlığından daha parlaq: İnsanın dirənci. Boşaltırlar göz yaşardan qazı Başkəntlərin meydanlarında; Alçaq … Okumaya devam et

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

İstanbulda bir haliç

Haliçdəki dayanacaq Dayanacaqda yorğun ürək, Sevilən könüldən uzaq. Saat 5 növbəsi Bir azdan dayanacaqdan alacaq. İndi tək dərdi; Məmləkətdəki sevgili, Və zavodadək yatmaq. Haliçdə bir liman Susmaq bilməyən bir uşaq, Yuxusuz ana. Saçlar adi daranmış, Gözlər yorğun və ümidsiz. Bugünə … Okumaya devam et

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Sən

Səma göz oldu, Sarıb qucaqladı ürəyimi… Dərdlərim yox oldu, Dərmanım sən. Yer göz oldu, Torpaq çiçəklədi bədənimi… Günlərim sənlə doldu, Gələcəyim sən. Ay göz oldu, Tarzən,tar ilə bəzədi gecələrimi…. Əllərim sən oldu, Gözlərim sən. Günəş göz oldu, Aydınlatdı mənə,səni sevdiyimi… … Okumaya devam et

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Həyatın mənası

Qürurdur,yorulub yollarda qalan.Təvazökardır,hədəfə ilk qovuşan. Paxıllıqdır,röyalarımızı məhv edən.Xoşbəxtlik mənbəyidir, sevgiylə bölüşülən. Sevdasızlıqdır,tənhalığa yol açan.Ürəyimizdir,həyatı mənalandıran. Ağıl işidir,zamanı tək-tək sayan.Uzaq dursun zamanı hoyratca yaşayan. Uyarlayan : Ayşen Savadova (YAŞAMIN ANLAMI)  

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Uzun qaçışçı

Uzun qaçışçı dostum; Ürəyimin və bədənimin bütün gücünü Təbiəti sınaqda sənə bəxş edirəm. Bilirəm; əldə edəcəyin Təkcə sənin deyil,bütün insanlığın Qədim zamanlardan bu günə Sınadığı və qazandığı zəfərlərin Ən əlçatmazı olacaq. Başqa bir qəhrəmana arxa gəldiyimizdə, Kürəyimizdə daşıdığımız,biz olacaq; Düşünmə … Okumaya devam et

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

VAROLUŞ

Zalım keşikçi həyatını yönləndirir. Bu keçən zamana, Baş qaldırmayacaqsanmı? Azadlığın yaddaşında gizlənir. İnsan kimi azadlığını, Ömür boyu dürüstlüyünü Yaşayacaqsanmı? Bədbinlik qarşıda tələ qurur. Heçliyin yavaş-yavaş çökür. Dolu-dolu keçən həyatı, Həyatdakı varoluşunu Dəyərləndirəcəksənmi? Kütləvi məsuliyyət yenidən qalxır. Həyat üfqünü rüzgara Açmayacaqsanmı? … Okumaya devam et

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Həyat

Gecələr ateş böcəklərinin saçdığı işıq, Cırcır böcəklərinin çaldığı musiqi həqiqətdir. Hər ikisi də eşq qədər möcüzədir, Həm də əkmək qədər açıq həqiqətdir. Həyatda alqıladığmız hər şey müqəddəsdir; Ürəyinə baxsan möcüzəsini görərsən. Həyatda hər şey yaşadığımız kainata aiddir; Ağlınla baxa bilsən … Okumaya devam et

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Deyiləm ki…

Zalım deyiləm ki, Azadlığımı məhv edim. Düşmən deyiləm ki, Azadlığına zərər verim. Dözümlü deyiləm ki, Sözlərindən təsirlənməyim. Yalnız deyiləm ki, Dəyişməkdən,Dəyişdirməkdən əl çəkim. Eqoist deyiləm ki, Sadəcə özümü sevim. Gözüm kor deyil ki, Sevənlərimi görməzlikdən gəlim. Kar deyiləm ki, Əllərin … Okumaya devam et

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Can Dostum

Dik dur!Əyilməsin başın önə. İnsandan ümidini üzmə. Dərdini,dərdliyə söylə, Dostluqdan heç əl çəkmə. İçin parçalanır:Görürəm. çəkildikcə sular,yeyir balıqları qarışqalar. Unutma!Geri gəldiyində sular, Bilirəm;yeyəcək qarışqaları ,balıqlar. Uyarlayan : Ayşen Savadova (CAN DOSTUM)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın