DİRƏNƏN İNSAN

İnsanı,insanlığından utandırana,
Zalımın dərin tükənmişliyinə,
Davul-zurnalı cavabıdır;
Fırtına sonrası günəşin istiliyi.
İnsan dirəncinin tükənməzliyi
Zülmə dirənənlərin aynasıdır;
Yıxılan zülmün qaranlığına,
İnsanı,insanlığından uzaqlaşdırana.

Uyarlayan : Ayşen Savadova

(DİRENEN İNSAN)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Reallaşdıraq

Kainatım,
Damarlarımdakı təbiətim,
Ürəyimdəki sevdiyim,
Mənim.

Eşqimizi ,gözlərimizdə;
Bilgimizi,beynimizdə
Bəsləyib böyüdək.

Sənə bağlıyam,eşqin namusuyla.
Həqiqətə bağlıyam,maddənin varlığıyla
Heyranam canlılığımıza,
Sevdicəyim.
Kim nə deyir desin: Birləşək.

Anlayaq təbiəti
Və Bir-birimizi.
Ruhumuzun ölümsüzlüyünü,
Sevdamızın sonsuzluğunu
Sən və Məni yeniləyək
Problemlərimizi yox edək.

Sülh içində,
Azadlığımızı qoruyaq.
Əkmək davasını,
Sevda davasını
Birlikdə reallaşdıraq.

Uyarlayan : Ayşen Savadova

(GERÇEKLEŞTİRELİM)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

BAŞLADIM

Qəlbimin qapısının açılmasıyla
Səninlə nəfəs almağa başladım.

Yavaş-yavaş oyanan ruhum
Səndən çox uzaqlarda,
Gülüşlərinə həsrətimə başladım.

Yeni duyğulara mərhəbamı müjdələyən
Səninlə Cananım,
Yeni həyəcanlara yelkən açmağa başladım.

Səninlə əl-ələ,göz-gözə yaşayan sevgim
Yağış olub ürəyinə yağmağa başladım.

Canımın Cananı ; ürəyimin dərmanı
Sənlə mən xoşbəxt və huzurlu olmağa başladım.

Uyarlayan : Ayşen Savadova

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Başladım…

Kalbimin kapısının açılmasıyla
Seninle nefes almaya başladım.

Yavaş yavaş uyanan kendiliğim
Senden çok uzaklarda,
Gülüşlerine hasretime başladım.

Yeni duygulara merhabamı müjdeleyen
Seninle Cananım,
Yeni heyecanlara yelken açmaya başladım.

Seninle el ele ,göz göze yaşayan sevgim
Yağmur olup yüreyine yağmaya başladım.

Canımın Cananı ; yüreğimin dermanı
senle ben mutlu ve huzurlu olmaya başladım.

04.06.2012 İstanbul

Sevda şiirleri içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Mənə qalan hüzün

Sənsizliyi, ağlayıb,gözlərimə,gözlərimə gömdüm.
Səssiz gözlərin aydınlığıma indi daha yaxın….
Sakit səhraların kirini yuyur,yağmur.
Səsini eşidirəm sənin,səssiz və məğrur.
Susqunluğum sanki min illərdir sürgün.
Saçlarında qoxusu dəli bir meşənin.
Səsini dinlədiyim,üzümü üzünə toxundurduğum.
Sevilmək sənə bənzəyir,sevmək mənə qalan hüzün

Uyarlayan : A.Savadova

(BANA KALAN HÜZÜN)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Bana Kalan Hüzün

Sensizliği, ağlayıp, gözlerime, gözlerime gömdüm.
Sessiz gözlerin aydınlığıma şimdi daha yakın…
Sıcak çöllerin kirini yıkıyor, yağmur.
Sesini duyuyorum senin, sessiz ve mağrur.
Suskunluğum sanki binlerce yıllık sürgün.
Saçlarında kokusu deli bir ormanın.
Sesini dinlediğim, yüzümü yüzüne sürdüğüm.
Sevilmek sana benziyor, sevmek bana kalan hüzün.

01.11.2001 İstanbul
19.06.2012 İstanbul

Sevda şiirleri içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Gözəl İnsan


Müdhiş gözəl bir külək əsir
Dünya üzərində,ağır-ağır.
Tarixin maddəsi yazılır
Uygarlıq səhifəsinə,sətir-sətir.

Şüurlarında insanların
Damla-damla toplanır.
Vijdanlarına xalqların
Dərin-dərin işlənir.

Tarixin tunc qanunlarından
daha dirəncli: Xalqların dirənci.
Elimin aydınlığından
daha parlaq: İnsanın dirənci.

Boşaltırlar göz yaşardan qazı
Başkəntlərin meydanlarında;
Alçaq mərmisi,küçələrinə.
Yaradırlar dirənən insanı.

Uyarlayan : Ayşen Savadova

(GÜZEL İNSAN)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

İstanbulda bir haliç

Haliçdəki dayanacaq
Dayanacaqda yorğun ürək,
Sevilən könüldən uzaq.
Saat 5 növbəsi
Bir azdan dayanacaqdan alacaq.
İndi tək dərdi;
Məmləkətdəki sevgili,
Və zavodadək yatmaq.
Haliçdə bir liman
Susmaq bilməyən bir uşaq,
Yuxusuz ana.
Saçlar adi daranmış,
Gözlər yorğun və ümidsiz.
Bugünə kimi çətin dayanmış,
Bu dəfə qayıtmayacaq evə.
Haliçdə bir bağça;
Gülümsəyən bir cüt mavi göz
İyirmisindəki qız alımlı,
Möhkəm qucaqlamış cavan.
Söylənəcəklər söylənmiş,
And verilmiş sözlər.
Nişan nəysə də,
Nigah əsgərlikdən sonraya qalmış.
Haliçdə bir qayıq;
Qabar tutmuş bir cüt əl,
Günəşdən yanmış qollar.
Gecə yarısından bu yana
Növbədə mürgüləyər.
Fikrində min bir sual:
Bu mövsümün ruzisini
Çıxararmı,çıxarmazmı bu qayıq?
Haliçdə bir şəhəriçi gəmisi;
Gəminin yan göyərtəsində Mehmet
Mehmetin dünyası
İki uşağı,bir də yoldaşı,
Həftə sonu Haliç sahili.
Gecələri yuxusunu qaçıran
Aldığı asgari ücret.
İstanbula yad,Mehmet.

Uyarlayan : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(İSTANBUL’DA BİR HALİÇ)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Sən

Səma göz oldu,
Sarıb qucaqladı ürəyimi…
Dərdlərim yox oldu,
Dərmanım sən.

Yer göz oldu,
Torpaq çiçəklədi bədənimi…
Günlərim sənlə doldu,
Gələcəyim sən.

Ay göz oldu,
Tarzən,tar ilə bəzədi gecələrimi….
Əllərim sən oldu,
Gözlərim sən.

Günəş göz oldu,
Aydınlatdı mənə,səni sevdiyimi…
Duyğularım sən oldu,
Ağlım sən.

Uyarlayan : Ayşen Savadova

(SEN)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Həyatın mənası

Qürurdur,yorulub yollarda qalan.
Təvazökardır,hədəfə ilk qovuşan.

Paxıllıqdır,röyalarımızı məhv edən.
Xoşbəxtlik mənbəyidir, sevgiylə bölüşülən.

Sevdasızlıqdır,tənhalığa yol açan.
Ürəyimizdir,həyatı mənalandıran.

Ağıl işidir,zamanı tək-tək sayan.
Uzaq dursun zamanı hoyratca yaşayan.

Uyarlayan : Ayşen Savadova

(YAŞAMIN ANLAMI)

 

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın