Uzun qaçışçı

Uzun qaçışçı dostum;
Ürəyimin və bədənimin bütün gücünü
Təbiəti sınaqda sənə bəxş edirəm.

Bilirəm; əldə edəcəyin
Təkcə sənin deyil,bütün insanlığın
Qədim zamanlardan bu günə
Sınadığı və qazandığı zəfərlərin
Ən əlçatmazı olacaq.

Başqa bir qəhrəmana arxa gəldiyimizdə,
Kürəyimizdə daşıdığımız,biz olacaq;
Düşünmə ki, nə sən yalnız
Nə də; o bir başına.

Uzun qaçışçı dostum;
Elmin və Dualarımızın bütün gücünü
Bədənində və ruhunda hiss etməyini diləyirəm.

Uygunlaşdıran : Ayşen Savadova

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

VAROLUŞ

006 (2)

Zalım keşikçi həyatını yönləndirir.
Bu keçən zamana,
Baş qaldırmayacaqsanmı?

Azadlığın yaddaşında gizlənir.
İnsan kimi azadlığını,
Ömür boyu dürüstlüyünü
Yaşayacaqsanmı?

Bədbinlik qarşıda tələ qurur.
Heçliyin yavaş-yavaş çökür.
Dolu-dolu keçən həyatı,
Həyatdakı varoluşunu
Dəyərləndirəcəksənmi?

Kütləvi məsuliyyət yenidən qalxır.
Həyat üfqünü rüzgara
Açmayacaqsanmı?

Uyarlayan : Ayşen Savadova

(VAROLUŞ)

Fotoğraf : Çetin Bayramoğlu

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Həyat

Gecələr ateş böcəklərinin saçdığı işıq,
Cırcır böcəklərinin çaldığı musiqi həqiqətdir.
Hər ikisi də eşq qədər möcüzədir,
Həm də əkmək qədər açıq həqiqətdir.

Həyatda alqıladığmız hər şey müqəddəsdir;
Ürəyinə baxsan möcüzəsini görərsən.
Həyatda hər şey yaşadığımız kainata aiddir;
Ağlınla baxa bilsən nüvəsini görərsən.

Canlıdır ətrafımızdakı hər şey,həyatda;
Möcüzəsini uca Yaradandan alır,
Açıq həqiqəti ölümlü insanlardan.
Baxmağı bilənin ağlını başından alır

Uyarlayan : Ayşen Savadova

(HAYAT)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Deyiləm ki…

Zalım deyiləm ki,
Azadlığımı məhv edim.
Düşmən deyiləm ki,
Azadlığına zərər verim.

Dözümlü deyiləm ki,
Sözlərindən təsirlənməyim.
Yalnız deyiləm ki,
Dəyişməkdən,Dəyişdirməkdən əl çəkim.

Eqoist deyiləm ki,
Sadəcə özümü sevim.
Gözüm kor deyil ki,
Sevənlərimi görməzlikdən gəlim.

Kar deyiləm ki,
Əllərin səsini qulaq ardına vurum.
Paxıl deyiləm ki,
Birliktən var olan gücü geri çevirim.

Şair deyiləm ki,
Dünyanı havaya çəkim.
Rəssam deyiləm ki,
Xoşbətliyin rəsmini çəkim.

Uyarlayan : Ayşen Savadova

(DEĞİLİM Kİ…)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Can Dostum

Dik dur!Əyilməsin başın önə.
İnsandan ümidini üzmə.
Dərdini,dərdliyə söylə,
Dostluqdan heç əl çəkmə.

İçin parçalanır:Görürəm.
çəkildikcə sular,yeyir balıqları qarışqalar.
Unutma!Geri gəldiyində sular,
Bilirəm;yeyəcək qarışqaları ,balıqlar.

Uyarlayan : Ayşen Savadova

(CAN DOSTUM)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Pərgəl

Yalan söyləyirlər gözbəbəyim.
Xəyyamın qədəhindən bir damcı şərab
Eşqimə qarşılıqdır; tək istədiyim.
“Dünya malı yalandır” deyənlər
Xəyyamın pərgarına göz tikənlər.
Qızıl-gümüş gözümdə yox lakin
Xəyyamın pərgəlindədir gönlüm.

Uyarlayan : Ayşen Savadova

(PERGEL)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Huyum kurusun,huyum

Armudu istəkandan
Çay içməyi sevirəm.
Gözəl gözlü qızlardan
Söz almağı bilirəm.
Huyum kurusun,huyum.

Nəğməkar dilli aşıqla
Deyişməyə gedirəm.
Sevgi dolu məşuqla
Görüşməkdən gəlirəm.

Doğru söz düsturumdu,
Söyləməsəm durammıram.
Dağ çiçəkləri tutqumdur,
Qoxlamadan edəmmirəm.

Kamala çatmış yaşım,
Muradıma çatammıram.
Sevgilimlə dərtdə başım,
Eşqimdən əl çəkəmmirəm.
Huyum kurusun,huyum

Uyarlayan : Ayşen Savadova

(HUYUM KURUSUN, HUYUM)

Azerbaycan Türkçesi içinde yayınlandı | , ile etiketlendi | Yorum bırakın

Həsrətini çəkirəm

Qızılçağımın həsrətini çəkirəm,
Bəzən.
Uşaqlığımın yaşadığı qızılçağı;
Qanadları altındakı, anamın.
Burnumun ucunda göynəyir,
Ağacındakı tutun qoxusu,
Budağındakı üzümün buğusu,
Çamlıca günorta yuxusu.

Üzümdəki tədirgin yalnızlıq,
Qorxudur ruhumu.

Yoxluğunun həsrətini çəkirəm,
Dayanmadan.
Gəncliyimin yaşadığı qızılçağı;
Öpüb qucaqladığın.
Burnumun ucunda göynəyir,
Baxışlarındaki sevgi duyğusu,
Ürəyimdəki həyat coşğusu,
Həyatımın yeganə mənalı tutqusu.

Ürəyimdəki dərin boşluq,
Qorxutdu ruhumu.

Uyarlayan : Ayşen Savadova

(ÖZLÜYORUM)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Yarın Yenidən

Yalnızlıq öldü
Yalnızlıqda sığınacağım sevgin
Ayrılıq dirildi
Buludlar şahid
Yağmur kimi sürüşür əlimdən,vaxt
Göydən ulduz sürüşdü,sən idin
Ürəyim ürpərdi
Ruhum səni axtardı,gəlmədin
Tenim titrədi
Həsrətini çəkdim dünənki sənin
Bugünki səni axtarıram, yoxsan
Dünənki səni yarında
Yeniden, Yenidən
Yaşamaq istəyirəm.
Bilirəm,
Gələ bilməyəcəksən…

Uyarlayan : Ayşen Savadova

(YARIN YENİDEN)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Sevgicə

Düşüncə,varlıq səbəbim.
Düşüncə yağmur olur,
Düşüncə kağıza tökülür
Gözlərin əllərimdə su içində.
Çiçək-çiçək,Yarpaq-yarpaq
Sevgi olur,
Dəmirdən hərf,günəşdən ümid
Ağlımı başımdan alır.
Sonsuzlaşır.

Düşüncə,sənsən səbəbim.
Səs olur,
Söz olur,
Hərəkət olur
Göz-göz,ipiri.
Cümlə-cümlə
Tökülür dilimdən.
Gözlərimdən gözlərinə
Tökülür ürəyimdən
Düşüncə-düşüncə,
Duyğu sevgicə.

Uyarlayan : Ayşen Savadova

(SEVGİCE)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın