Qaçırdığımız eşq

Eşqi yaşadıq səninlə,sevdiyim
Sevgiyi öldürdük,heyhat!
Yaşayırıq ama həp bir “şey” əksik.
Bizi keçən əngəllər var,sevdiyim.
Eşqimiz özünü yox edir.
Aramızdakı məsafəni keçən,
Sevdanı keçən,sevgini tükədən.

Bir duyğu qarışıqlığı,yaşadığımız.
Gələn,gözəl günlərin xəbərçisimi?
Tükənmiş münasibətimizin göstərgəsimi?
Hiss etdiyimiz tutquya rəğmən,sevdiyim;
Yaşadığımız qorxular arasında
Necə qoruyacağıq sevgimizi?
Yaşanılacaqlar çaba gərəkdirir,sevdiyim.

Uyarlayan : Ayşen Savadova

(KAÇIRDIĞIMIZ AŞK )

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Yurtdaş

Ümidimi qoruyuram
Qaranlığın tənhalıqlarında.

Məhkəmələr,zindanlar
Dirəncimi bəsləyir.

Yalan söylənilməmiş eşq
Sabahımı yaşıllaşdırır.

Sabahımı sevən kimi tutqulu,
İnsanı sevən kimi arzulu,
Yurdunu sevən kimi ümidli
Yurtdaşammı?

Uyarlayan : Ayşen Savadova

(YURTTAŞ)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Sitəmlerim

Sitəm-1

Saat,saatlığını bilməli.
Sadəcə vaxtı bildirməli

Keçən ömrü;
Doğan və batan günəşlə
Ürəyimdə,gah sevinərək
Gah kədərlənərək,hiss etməkdəyəm.

Söyləyin saata!
Qarışmasın işimə.

Sitəm-2

Hardan biləcəksən ki,
mənim xoşbəxtliyi
harada saxladığımı?

Sənin xoşbəxtliyin senə aid!
Mənimsə kimi zamam ürəyimdə
kimi zaman siyirməmin ən gizlin köşələrində…

Bir mən bilirəm,harda olduğunu,
bir də mənim üçün çox özəl biri…

Sitem-3

Hər qəlbin döyüntüsü,öz əcəlinin ayaq səsidir (Beyazid-i Bestami)

Ya qəlbin döyüntüsü gələn
xoşbəxtliyin ayaq səsi isə;
hər ölümlünün sonu eynidiq
amma dünyada xoşbəxtliyi yaşamaq da
hər ölümlünun insanlıq haqqıdır,eyni zamanda

Niyə haqqımızı istifadə etməyək doya doya?

Sitem-4

sevmək qədər,unutmaq və unudulmaq da
insana və həyat məxsusdur.

Unudulmaq ölüm deyildir,
unutmaq eşqin sonu heç deyil…

Sitem-5

Sevdiyim,
aramızdakı divarı niye hördük səninlə?
Mən divarın bir tərəfində azada və xoşbəxt,
Sən digər tərəfdə azad və xoşbəxt.

Niyə hördük bu divarı aramıza səninlə?
Sevdiyim

Sitəm-6

Pislik üçün yaşayanlar və də
pisliyə qarşı mübarizə aparanlar;
Hamımız azad iradəmizlə tərəfimizi seçməliyik.
Ya aydınlığı seçəcəyik ya da qaranlığı?
Ya quşlar kimi ötəcəyik,ya da dibsiz kor quyular kimi
uğuldayacağıq? Ya da hər səhər,
nə gözəl yaşayıram deyəcəyik ya da
xoşbəxt və huzurlu yaşayanları qısğanacağıq

Sitəm-7

Tərk etmədən bil ki geri
qayıtdığında birgün
mənə ödəyəməyəcəyim qədər
“alacağım” olmuş “geri qayıdış” borcun.

Sitəm-8

Fəryadlarıma göyüzündəki quşlar
alicənab bir susmaya yoldaşlıq etdilər.

Ölülərə deyildir,arxalarından yazılan;
dirilərdən bəslənən ümidin incinməsi,
yaşananlara məxsus şikayətdir.
Bəlkə də gedərək tənhalaşmaqdır
ölülərlə söyləşmək.

Yoxsa göyüzündəki quşlar belə
gecəmi,gündüzümü tərk etdilər?

Yaşayan ölülərlə danışmaqdansa;
dərdimə dərmandır
ölümsüzlüyü yaşayan ölülərlə dərdləşmək.

Uyarlayan : Ayşen Savadova

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Kübraya ne oldu ?

Dörd can,bir cəmiyyət
İşsizlər saç baş yoldu.
Tin başları tutanlar
Qırx quldur oldu.
Dörd can,bir mənzil
Yoxluq cana vurdu.
Ata,ana,iki övlad
Aclıq ən balacanı vurdu.
Dörd can,qara qışda
Ambarı boş tapdı
Aclıqla nəfəssiz yarışda
Kübra Nazar’a durdu.

Uyarlayan : Ayşen Savadova

(KÜBRA’YA NE OLDU? )

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Kəkəç Çoban

On beşində,yanıq tenli,
Ürək yaxan baxışlı,
Urfalımı,Urfalı.
Mustafam,ürəyimi yaxan
Kəkəmə çoban Mustafam
Urfanın düşən ulduzu
Yaşayardı yalnızlığı,
Ailəsinin yazğısına yaxdığı
Kəkələmə rahatsızlığı.
Dağlarda can yoldaşları,
Qoyunlar və quzular
Başına qaxınc etməzdi
Lakin sevərək qucaqladığı
Məktəbindəki dostları
Yaşatdılar,bu dünyada
Cəhənnəm həyatı.
Mustafam,çoban ulduzum.
Qərarını vermiş on beşində,
Bu dünyada kəkələmə izdirabını
Daşımamaq üçün daha artıq ruhunda,
Məktəbin damından tullanmış betona.
Kəkəmə çoban Mustafam
Belə yaşamaqdansa
Üstün tutmuş ölməyi və də o dünyadan
Bizləri izləməyi.
Bu kiçik qüsurunu daşıyammadığından
Qoyub köç etmiş.
Utancımızla,çürümüş
İctimai quruluşumuzla başbaşa
Qoymuş,bizləri.
Mustafam
Düşən ulduzum,kəkəmə çobanım.
“Həyata tutunsaydı biraz daha”
Deyəcəm amma
Nə üzüm var,nə də vijdanım
Əl verir buna
Eşidər kimiyəm fəryadını
Ulduzlardan gələn:
“Bugünə deyin,hardaydınız?”

Uyarlayan : Ayşen Savadova

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Dost Sıcaklığı

Önəmini itirən hər şey heçdir,
Dost sıcaklığından başqa.
Yorğun düşmüş tənha halımda,
Sözüm ürəyi ilə görənədir.

Yeni günü filizləyirəm keçmişimdə,
Keçmişimin bağrından çıxdım.
Suallar verirəm həyata,
Cavablar axtarıram ürəyimdə.

Hər gülüşün yepyeni dünyamdır.
Həyat gülüşlərində gizlənib,
İndilərdə ürəyim günəşli.
Dost sıcaklığın varlığımdır.

Uyarlayan : Ayşen Savadova

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Dost Sıcaklığı

Önemini kaybeden herşey hiçtir,
Dost sıcaklığının dışında.
Yorgun düştüğüm yalnız halimde,
Sözüm yüreği ile görenedir.

Yeni günü filizliyorum eskimde
Eskinin bağrından çıktım.
Sorular soruyorum hayata
Cevaplar arıyorum yüreğimde.

Her gülüşün yepyeni dünyamdır,
Yaşam gülüşlerinde saklı.
Şimdilerde yüreğim güneşli
Dost sıcaklığın varlığımdır.

11.07.2011 İstanbul
28.04.2012 İstanbul

Politik şiirler, Sevda şiirleri içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Anlayıram…


Torpağın yaradıcı səsini,
Çiçəklərin göyərən tomurcuğunu,
Börtü böcəyin eşqə səslənişlərini,
Dinlədikcə anlayıram: Anadoluyam.

Dağların qartal zirvələrini,
Dəryaların dərin yalnızlıqlarını,
Çinarların qədim tarixini,
Duyumsadıqca anlayıram: Anavətənim.

Uşaqlığımın süd qoxusunu,
Gəncliyimin igid cəsarətini,
Öpüləsi,gözəlim pambıq əllərini
İtirdikcə anlayıram: Yalğızam.

Uyarlayan : Ayşen Savadova

(ANLIYORUM)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Çörək, kitab bir də sən …

Kitablar zərərli
Günümüzdə, yenidən.
Çörəklər isə
Çoxdan korlandı.
Hardasan, sən?

Kitabları yandırmayacağıq
Qan qusdursalar da, bu səfər.
Çörəkləri, hazırlayaraq
Müqəddəsliyinə qovuşduracağıq.
Xəyalımdasan, sən!

Həyat, şüur bir də sən.
Yetər ki, bir dəfə gülümsəsən.
Çörək, kitab bir də sən.
Yetər ki, əl çəkməsən.

Uyarlayan : Ayşen Savadova

(EKMEK, KİTAP, BİR DE SEN …)

Azerbaycan Türkçesi içinde yayınlandı | , ile etiketlendi | Yorum bırakın

Ölümsüz eşqimiz

“Ölümsüz eşqimizdə ən tez yorulan
sən olacaqsan” dedin,sevgilim.
“Sevməkdən usanmayan ürəyimə” söylədim.
İnanmadı sözlərinə ürəyim,bezib usanmayan.

“Ya aşiq olmamışdır,ya da ölümsüz eşq nədir?
Bilmir,hələ yaşamamışdır” dedi.
Başımı yerə əydim və susdum amma əl çəkmədi.
“Sevməkdən yorulmayan,mən deyil,ürəyimdi”.

“Mənim sözüm yalansa,çağır sevdiyini,
Göstərsin ölümsüz üzünu,sənə.
Əgər yanıldımsa,sevdan sevdam olsun mənə
ölümsüz eşqlə sevəcəyəm,sevgilini”.

Sən nə deyirsən? Ölümsüz eşqlə sevdiyim…
Sonsuzadək susum,yolunu gözlədiyim,
Yoxsa bağırım dünyaya sevgini
ölümsüz eşqlə sevir,sevgilim,məni?

Uyarlayan : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın