EY EŞQ!

Təslim al bizi: Təkcə boyun əyərik Eşqə.
Suyunu içdik, çörəyini yedik Eşqimizin.
Əməyi var üzərimizdə; sözümüz var, aşiqlərə:
Qan qusduq, boyun əymədik Şahlara, Padişahlara.

Kimi zaman saxlandıq, qara yalnız meşələrdə.
Ölümü gözlədik, dirəndik, alovdan meydanlarda.
Alnımıza yazıldı artıq, silinməz yazımızdan
Baş əymədik, boyun əyməyəcəyik Eşqdən başqasna.

Uyarlayan : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(EY AŞK!)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Aydınlıq gələcəyəm

Səni görüncə gözəlim,
Kəpənək coşqusunda
Vurar ürəyim.
Ha uçdu, ha uçacaq
sonsuz göyüzünə.

Sən uzaqlardaykən sevdiyim,
Kəpənək kövrəkliyində
Baxar gözlərim.
Ha qırıldı, ha qırılacaq
min bir zərrəyə.

Sən xəyalımdaykən sevdicəyim,
Kəpənək yalnızlığında
Yaşar gecələrim.
Ha həbs oldu, ha həbs olacaq
rəngsiz xəyallarıma.

Sən yanımdaykən gözbəbəyim,
Kəpənək azadlığında
Uçar düşüncələrim.
Ha çatdı, ha çatacaq
aydınlıq gələcəyə.

Uyarlayan : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(AYDINLIK GELECEĞİM)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

EY GÖZEL!

Ebru suda doğdu,
Su gülümsədi.
Bülbül suda çimdi,
Su kimi pak oldu.

Necəsən? Ey gözəl!

Su kimi şaqqıldadı bülbül,
Otlar mövsümündə yaşıllaşdı.
Leyla, Məcnun vüsala çatdı.
və Lalələr suya doydu.

Yaşın neçədi? Ey gözəl!

Gözəl suya girdi,
Dəryalar şənləndi.
Aşiqlər doya-doya içdi
Başları göyə çatdı.

Qaçarsanmı? Ey gözəl!

Uyarlayan : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(EY GÜZEL!)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Sevmək, sevilmək

Suya qarışan həsrətlərimizsə;
Çayın dəlicəsinə axmasına,
Ver əlini,özümüzü bıraxaq,sevdiyim.

Dəryalar yuvamız olsun.
Qarşımıza çıxan şəlalələri,
Tut əlimi,birlikdə aşaq,sevdiyim.

Sevmək,sevilmək çoxalmaqsa;
Sevdamızı dəryalarda çoxaldaraq,
Əlin əlimdə,sonsuzadək yaşayaq,sevdiyim.

Uyarlayan : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(SEVMEK, SEVİLMEK )

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Xoşbəxtəm

Gözlərində,
Ürəyində,
Əllərində
Xoşbəxtəm.

Xoşbəxtəm
Sevdalandığımızda,
Görüşdüyümüzdə,
Paylaşdığımızda.

Sədlərdə,
Köşə başlarında,
Vətən müdafiəsində
Xoşbəxtəm.

Xoşbəxtəm
Yaratdığımızda,
Dirəndiyimizdə,
Dəyiştirdiyimizdə.

xoşbəxtəm yanında….

Uyarlayan : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(MUTLUYUM)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

EY MƏZARÇI!

Nəhayət anladım….
Yaşaya bilmirəm özümə rəğmən
Sorğulayıram….
Vijdanım həqiqəti bağırır.
Sevirəm, anlada bilmirəm.
Onunla yaşamaq
və Birlikdə basırılmaq istədiyimi.

Ey Məzarçı!
At üstümə bir qarış torpaq.
Hiss edim göz yaşlarını
Üstümdə gəzən buludların
və Sevdiyimin gec qalan əllərini,
Artıq döyünməyən qəlbimin üzərində.

Peşmanam indi…
Əllərinə tutsaq ola bilmədiyimə,
Gözlərinə etiraf edə bilmədiyimə,
Sevdiyimin.

Ey Məzarçı!
Diləyirəm bütün içdənliyimlə
Sevdalıların etiraf etmələrini
Bir-birlərini sevdiklərini
və Gözü yaşlı sözlərlə,
Bir-birlərini incitməmələrini.

Uyarlayan : Ayşen Savadova

(EY MEZARCI)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

İstanbulun quşları

Görkəmli köç aylarında yelkovan quşları
Marmara dənizindən sürüylə balıq ovlar.
Galata qalasından Üsküdara baş çəkin.
Hazerfen Əhməd Çələbiyə yoldaşlıq edər
Çığırtqan və işğalçı bəyaz qağayılar.
İstanbulun ziyalılarıdır ağıllı qarğalar.
Qamışlıqlar dalğa-dalğa dalğalanar rüzgarda,
Bataqlıqlar şənləndirər leylək yuvaları,ilkbaharda.
Damlar,çardaqlar və məscid şərəfələri
Sonbahara kimi qalar,hacıleyləklər.
İstanbul quşlarını bağırlarna basar
Süleymaniye məscidinin günəşli və
Rüzgarsız bucaqlarındakı quş evləri.
Bülbül dərd tökər,sərçə dərd dinlər.
Sultan Əhməd məscidinin mömin avlusunda
Sevgiylə qarşılanar,İstanbulun quşları.

Eyub Sultan məscidində sabah azanları
Göyərçin qanadında yeni günü qarşılar.
Barış və azadlıq simvolu göyərçinlər
Yerüzündən göyüzünə qoruyucu mələklər.
Qanad səsləri və mahnıları ahənglə daşıyarlar
Eyub Sultan məscidi avlusunda,İstanbul quşları.
Kadıköy aşiqləri dərdləşir qarabataqlarla.
Çekmece gölünün ətrafı dolub-dolub boşalar
Uzun qanadlı,əyri quyruqlu su qaranquşlarıyla.
Haliç dənizi üzərində uçan quşlar
Sürətlə alçalıb yüksələn kiçik,narin qaranquşlar.
Bəs qumrular? Harda utanqac qoşa qumrular?
Bir başqadır,gülərüzlü İstanbulun quşları.

Uyarlayan : Ayşen Savadova

Fotoğraflar : Çetin Bayramoğlu

(İSTANBUL’UN KUŞLARI)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Paramparça

033

Bir bütündük həyat mübarizəsində.
Coşğun zamanlarımızın
Qarşıqoyma əzmindəki eşqimizə nə oldu?
Xatırlarsan,Hər an,
Eşqimizin torpaqdan daha qalıcı
Daha bəhrəli olmasını diləyərdik.
Cücərmədi,torpağa atdığımız toxumlar
və Qəflətən yağan yağmurda
Çürüdü getdi yetim qalan xatirələr.
İndi,qəlbimiz paramparça
və Sevdamızı qoruduğumuz
Nəfəssiz həyatımız min bir parça.
Gecələr paylaşdığımız xatirələrsə
Ulduzların ötəsindəki uzaqlıqda.

Uyarlayan : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Şahnaz Longa

Mizrab sovrulur bürünc tellərə
Tambur rəqs edər könüllərdə,
Havanı bürüyən Şahnaz Longadır
Qanun məst olur könül alan dizlərdə.

Könül bir: dəlisov könüllər diz-dizə.
Havanı bürüyər qəflətən segah səsləri.
Könüllərdə çalınan Şahnaz Longadır,
Rəqs məclisində rəqs edər gözəllər.

Kamana sorulmaz eşqın hesabı,
Aşq yuvası,dost süfrəsi
Dəliqanlıdır; yanakı baxılmaz.
Bəstəkar səslər qəflətən peyda olar.
Havada sallanan Şahnaz Longadır.

Can dayanmaz,canan dayanmaz
Gözlər süzülər,gül qoxulu əllər sevilər
Könülləri bağlayan Şahnaz Lonqadır.
Könül dayanmaz,ürək dayanmaz.
Gecəni gündüzə bağlayan Şahnaz Longadır.

Uyarlayan : Ayşen Savadova

(ŞEHNAZ LONGA)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Muğam Gecəsində

Bülbüllər cəh-cəh vurur muğam gecəsində
Tar can tapır,baraban nəfəslənir
Ulduzlar yağır məclis şənlənəndə
Ud ağlayır,nağara döyünür.

Üzün gül açır,xanəndələrin sözlərində
Kanun can verir,canan can alır
Özümdən bir səs gəlir,kamança səsində
Könlüm guşa gəlir muğam gecəsində.

Uyarlayan : Ayşen Savadova

(Muğam gecesinde)

Azerbaycan Türkçesi içinde yayınlandı | Yorum bırakın