Ey sevgili!

Kimsə kimsənin dərdini bilə bilməz,
Kimsə ayrılığın gizli gücünü nəzərə ala bilməz.
Hər ayrılıq,keçilməz sevgiliyə daha da yaxınlaşdırır
Hər ayrılıqdan sonrakı bərabərlik,
Məni sənə daha da yaxınlaşdırır.
İnsanlıq sevgi ilə başlamışdır,
Sevgisizliklə sona çatacaq.
Sevgisizlik çuxuruna düşməmiş
Yaşamağı bacara biləcəyikmi? Ey sevgili!

Özümü sevirəm ama özümə aşiq deyiləm.
Eşqi yaşayıram könlümdə,
Ürəyim bu nadir çiçəyi çox qısqanaraq saxlar,
Ən qorunaq bucağında.
Eşq hüzurunda əli açıq dururam,
Qulu-köləsi oluram.
Özümü çox sevirəm,
Aşiqəm mənə huzur və xoşbəxtlik verən gözələ, Ey sevgili!

Yaşadaq bütün gözəllikləri,
Ürəyimizdə və xatirələrimizdə….
Keçmişi,günümüzü və gələcəyimizi
Oyanan günəşin aydınlığı
Bəsləsin gözbəbəyimizi və xatirələrimizi,
Özümüz kimi saxladığımız nənəmizin sandığında.
Ölənlə ölünməz; həyatın tunc qanunudur.
Sevənlə sevilir; bizi əsirgəyən sevgilini.
Qorxanla hiss edilməz; yaşanan sevginin gizli ruhudur.
Yaşayanla yaşanılır; xoşbəxtliyi və huzuru, Ey sevgili!

Gülərək eşqin hüzuruna çıxacam.
Gülərək ürəyimi günəşə açacam;
Gülərək eşqin əllərindən tutacam;
Ulduzları oğurlanmış körpə uşaq kimiyəm,sənsiz,
Kədərli,hırçın və də işıqsızam,sənsiz.
Dəlidivanəyəm,bilirəm.
Sənə qovuşacağım günləri səbirlə gözləyərəm
Hüzuruna gülərək gələcəm.
Bil ki səni özümdən çox sevirəm.
Səssizlik,dünyanın ən gözəl səsidir.
Bülbül səsindən də gözəldir,ney səsindən də….
O səssizlik, ürəyimizin ən dərinindən gəlir
O səssizlik, eşqin səsidir.
Nə xoşbəxt, səssizliklə ürəyini dinləndirənlərə, Ey sevgili!

Necə də çətindir həqiqəti tapmaq,
Necə də asandır həqiqətə çatmaq.
Kimi zaman özümüz qədər yaxın,
Kimi zaman kainatın digər ucu qədər uzaq.
Həmişə düşünürəm; niyə yaxınam? niyə uzağam?
Niyə səhər tapdığımı itirirəm gecə?
Həyatı sevirəm, ruhumu sevmək istəyirəm.
Vijdanımı rahat tutmağa çalışıram.
Niyə ruhumun hüzuruna qəbul edildiyini hiss edə bilmirəm?
Niyə vijdanımın məni tənha qoyduğunu hiss edirəm?
Niyə yorulur ruhum, insan olmaq istərkən? Ey sevgili!

Uyarlayan : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(EY SEVGİLİ!)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Mübariz İyimsərliyim

Can dostum,qan qardaşım,iyimsərliyim ;
Qan davam,can düşmənim,kötümsərliyimdir.

Keçilməz həyat mənbəyim,ümidim,
Çörəyim,suyum,duzum;insanlığımdır.

Məcburiyyətim mübarizələrimin coşqusu,
Yaratdığımın mənbəyi,iyimsərliyimdir.

Yenilikçi mübarizənin atəşi,ümidim;
Alçaqgönüllü mübarizsizliyim ləyaqətimdir.

Var olma səbəbim,batmayan günəşim ümidim,
Ölümsüz sevgilim,mübariz iyimsərliyimdir.

Uyarlayan : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(MİLİTAN İYİMSERLİĞİM)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Kim istəməzki…

Bağışlamaq,gözəl insanlara məxsusdur.
Bağışlaki,gözəlləşəsən!
Kim gözəl insan olmaq istəməzki?

Unutmaq,yenidən başlamaqdır.
Başlaki; unutduğunu zənn etdiyini həqiqətən unudasan.
Başlaki,həyata yenidən tutunasan. Dəyməzmi?

Xatırlamaq həyata dairdir,
Bəzən insan olmağı xatırlamaq lazımdır;
Dünyayı cənnətə çevirmək üçün.
Cənnət sevdiyinlə gözəl deyilmi?

Uyarlayan : Ayşen Savadova

Fotoğraf :Çetin Bayramoğlu

(KİM İSTEMEZ Kİ…)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Çalıquşu cəh-cəh vurur ürəyimdə

Yaz çıxıb gəldi nəhayət
Əkinlər göyərdi.
Alov qırmızısı gəlinciklərin
Çobanyastıqlarıyla qovuşması
Yaşanır, torpağın altında.

Arılar tozlandı çoxdan
Kəpənəklər həyatlarının payızında
Düyü tarlaları bir gecədə yaşıllaşdı
Günəbaxanlar, cərgə-cərgə
Ucsuz-bucaqsız günəş tarlasında.

Göyüzü durumu duru
Göyüzü şəffaf
Yerüzü qara torpaq
Dün gecə yağan yağmurla
Suya doymuş nəhayət.

Al-al açmış çiçəkləri
Toxuma durmuş qanqalların
Gözlərim yasəmən qoxur
Quşlarını silkələyir qoca çinar
Qırmızı gül budağı əyilib üzümə
Öp məni, öp məni deyir arsızca.
Bir çalıquşu cəh-cəh vurur ürəyimdə
Ürəyim isə çox uzaqlarda…

Uyarlayan : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(ÇALIKUŞU ÖTÜYOR YÜREYİMDE)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Əmək

Eşqə əmək ver,
Sevgisi güclü olsun.

Münəvvərdir,
Əmək verilən uşaq.

Ağaca əmək ver,
Meyvəsi bol olsun.

Vətəndir,
Əmək verilən torpaq.

İşinə əmək ver,
Peşən verimli olsun.

Çağdaşdır,
Əməyi
seçən nəsil.

Uyarlayan : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(EMEK)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

İndi hardasan?

Sən kimdin?
Ansızın qəlbimə girən,
İndi hardasan?
Məndəki sevginin harasındasan?
Mən səndəydim.
Səndəki sevginin bütövlüyündəydim.
Gizlimdin,əlimdin,
Xəlvətlimdin,gözümdün.
Özümdün,səndə mənimləydim.
Səbəbimdin.
Ya sən kimdin?
Ansızın çəkib gedən,
İndi hardasan?

Uyarlayan : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(ŞİMDİ NEREDESİN)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Kabuslarım

Gecələrimdə yaşadırdım xəyallarımı,
Qorxularımı və narahatçılıqlarımı.
Huzurumdan başqa itirəcək
Heç nəyim qalmamışdı, sevdiyim.

Ümidlərim, möhkəmcə qucaqlamış,
Gözlərinə gizlənmişdi, gizlincə.
Günlərim mənasını itirmiş,
Xəyallarım axirət günüydü hər gecə.

Könlüm, kabuslarımın əsiriydi.
Qorxaqların igidlik əfsanələrində
Yad edildiyi günlər artıq çox gerilərdə.
Vijdanım keçmişimin təslimiydi

Yuxusuz gecələrin əvəzini verəcəm.
Narahatçılıqlarım paramparça, sevdiyim.
Qorxularım gecələrimin can yoldaşı
Sevdan qorxularımın amansız sirdaşı.

Çətin zamanların igid insanıydım.
Daldığım yuxudan oyandığımda,
Kölgəsi boyunu keçmişlərin düşməniyəm.
Kabuslarımı bəzəyəcəyik sevdayla !

Uyarlayan : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(KABUSLARIM)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Ümidimlə…

Özümü görürəm,özümün kənarındayam.
Meşədəyəm, yox olan ağaclara ağlayıram.
Qapqara qaranlıq içindəyəm
Düşünürəm, eşidirəm ağacları.
Eşidirəm xaricimdəki məni,
Görürəm səni, gül bəyaz üzünü.
Hər səhər ürəyimə sıxılır
Qapqaranlıq güllə, hiss edirəm.
Qulaqlarım eşitmir, sıxılan fəryadları.
Özümün kənarındayam, görürəm.
Eşidir və üsyan edirəm.
Bilirəm, başa sala bilmirəm.
Xəyal edirəm, düşünürəm səni, ümidimlə…

Zorluqlarla dolu,dopdoluyam.
Aydınlıqdan uzaq bir yerdəyəm,
Qaranlığı qarışıq etmişəm yuxularıma.
Qapqara güvənsizlik duyğularıma
Şübhəliyəm özümdən, qaranlıq yerdəyəm.
Dünənin doğrularını, yanlışlayıram.
Qorxuram, yarının doğrularını
Bugündən yanlışlamaqdan.
Okean damcıları olmaq istəyirəm,
Qucaqlaşmaq istəyirəm, rüzgarla
Nə yazıq! Buxar olduğumu anlayıram.
Kədərdə və iftixarda parçamı istəyirəm
Qucaqlaşmaq və paylaşmaq səninlə, ümidimlə…

Uyarlayan : Ayşen Savadova

(Fotoğraf : Çetin Bayramoğlu)

(UMUDUMLA)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Sən bənsin, sən mənimsən

Yeni günlə doğan can mənəm
Yeni günlə doğuran canan mənəm
Eşqi yaşayan, çılğın gecələrdə
Eşqə tustaq olan, sənsiz gecələrdə
Yeni günlə eşqə mərhaba deyən mənəm.

Qorxmayan, eşqi yaşamaqdan
Qorxmayan, atacağı addımlardan
Varlığı, yoxluğu paylaşmaqdan
Susuzluqdan çatlayan dodaqlardan.
Dodaqlar mənəm, addımlar mənəm
Həyat mənəm, eşq mənəm.

İnanan mənəm, Sevən mən,
Paylaşan mənəm, Sevdan mən
Bölüşən mənəm, Sevdiyin mən
Baxışlarındakı ümid mən
Gözlərindəki dirənən mən
Yaşadığın qarma-qarışıq duyğular
Sevgi dolu baxışlar
Ürəyindəki açıq qapılar mənəm.

Sənə çatmağa çalışan mənəm
Sevdiyimsən, unuda bilmədiyim
Gözəlimsən, doya bilmədiyim
Özəlimsən, toxuna bilmədiyim
Kədərlərimsən, qoruya bilmədiyim
Zindanlardakı gülümsəməmsən
Meydanlardakı hayqırışımsan
Sehrinə qapılan, O iştə mənəm.

Eşqlərimsən (ürəyimdə yaşayan)
Ümidlərimsən (röyalarımda nəfəs alan)
Yaşadıqlarımsan (gecələrimdə gəzən)
Yaşatdıqlarımsan (gündüzlərimə soxulan)
Dirənişimsən (zülmə qarşı qoyan)
Dünyamsan (ətrafımı əhatə edən)
Tənhalığımsan (yatağımı paylaşan)
Sən mənimsən,sən mənim.

Uyarlayan : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(SEN BENSİN , SEN BENİMSİN)

Azerbaycan Türkçesi içinde yayınlandı | , ile etiketlendi | Yorum bırakın

Emek

Aşka emek ver,
Sevgisi güçlü olsun.

Münevverdir,
Emek verilen çocuk.

Ağaca emek ver,
Meyvesi bol olsun.

Vatandır ,
Emek verilen toprak.

İşine emek ver,
Mesleğin verimli olsun.

Çağdaştır,
Emeği gözeten kuşak.

13.10.2010 İstanbul
03.08.1980 İstanbul

Fotoğraf :Çetin Bayramoğlu

Politik şiirler içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın