Gəlməz oldu

Məktubların gəlməz oldu,
Ürəyin mənim üçün döyünürmü?

Kədərin,sevincin,həsrətin,
Kağızdan kəpənəklərin uçmaz oldu.
Dörd divar,dəmir barmaqlıqlar
Çatmaz oldu,gözyaşı qoxulu məktublar;
Qara günəş altındakı sevgilimin.

Həyat sevinciylə dolduracaq,
Gül qoxulu öpüşlərlə ovudacaq,
Qara zindanların dərinliklərində

Məktubların gəlməz oldu,
Günəşin şəfəq saçırmı?

Səssizliyin eşidilməz oldu,
Bir müddətdir,yolunu gözlədiyim
Əlin əlimə dəyməz oldu.
(zindanda su kimidir)
Əlinə dəyən məktublar yetərdi.
(zindanda çörək kimidir)
Həyatın qaranlığı yox olurdu.
(zindanda üsyan kimidir)
Çiçəklər tökülürdü,üstümə-üstümə,
(zindanda inqilab kimidir)
Sənin məktubların gələndə.

Məktubların gəlməz oldu.
Həyatın şeiri yaşıyırmı?

Çeviren : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(GELMEZ OLDU )

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

İstanbulda payız

Mənə səni xatırladır İstanbulda
göyün üzü;dönə-dönə yaşanmış ayrılığı,
İstanbul payızı; vurulduğum
keçilməz eşq məhbəsi.

İstanbulun məhəllələrində inləyən
saralmış payız yarpaqları
üzündəki arzu dolu istəkləri,
öpüləsi göz bəbəkləri gizlədirlər.
Həbs olmuşam gül üzünə
vən mən vurulmuşam gözlərinə
Bir İstanbul payızında.

Sən qaranquş əlvidasında
sənin gülməyini gözləyirəm sevgilim,
Pəncərənin buludlu kölgəsində.

Mənə hər şey səni xatırladır;
yağışlı payız İstanbulu
və məni sənə aparır
Göyün üzündəki buludlar,yoldaşım.

Bilirəm;həyatın sevinci
sənə hiss etdiyim arzular,istəklər,
və sənsiz İstanbul payızı
çəkilməz,yaşanmaz qayğılar.

Bilirəm; bir gün,gələcək
bitirəcək ayrılığı
aydınlıq bir İstanbul payızı.

Çeviren : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(İSTANBUL’DA SONBAHAR)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Gözəl

Səni tanıdım,ağ günlərə çıxdım.
Ağ çobanyastığı bağçasında oyandım.
Səni tanıdım,sənlə dəyişdim.
Ürəyim ağ,düşüncəm ağ; Gözəl.

Səni sevdim,qıpqırmızı sevgi səpdin.
Ağlıma,ürəyimə ümid əkdin.
Alov asiyəm artıq,səninlə Gözəl.
Zəncirə vurulmazdım,sevinc verdin.

Səni itirdim,sənsiz qara geydim.
Səni arzuladım röyamda,gördüm Gözəl.
Ürəyim əsdi,qaranlığa çevrildim.
Rənglər ölümsüzdür,ölümsüz eşqə düşdüm.

Çeviren : Ayşen Savadova

(GÜZEL)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Xoş gəlmisən

Xoş gəlmisən gözlərimin işığı,
Səfalar gətirmisən günəşimin şəfəqi,
Ürəyimin səadət çağı.
Mərhaba eşq hekayələrimin cümləsi,
Şeirlərimin qayğıkeş sevgilisi.

Mən səni ürəyimdə yaşadıram.
Yuxusuz gecələrimdə,
Səni sevgimin qucağna bıraxıram.

Qəlbim səninlə aydınlanır.
Sözlerim səninlə coşur.
Varlığım səninlə var olur.

Gül üzlüm,gündüz həsrətini çəkir,
Tənha gecələrimdə gözləyirəm.
Həsrətini çəkmək deyil səni yaşamaq istəyirəm.

Xoş gəlmisən ürəyimin sevinci,
Səfalar gətirmisən sevgi çicəyi,
Sevda gecələrimin mələyi.
Mərhaba nəfəsimin nəfəsi,
dodağımın dillənən səsi.

Çeviren : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(HOŞ GELMİŞSİN)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Memleketim mənim

Məmləkətim mənim ;
yalanıyla,doğrusuyla xalqım
Şərqində,Qərbində dağlarım.
Şimalında,cənubunda bağlarım,
qarış-qarış torpağım,
Yalnız sənsən sevdiyim,
hüceyrələrim mənim.

Mənim məmləkətim;
həşəratlarıyla
qönçə gülləri,ötən bülbülləriylə,
çiçəklərinin gülüşləriylə
“məni sev”ləri “səni sevdim”ləriylə,
qəflətən getmələriylə,
gedib-gedib gəlmələriylə,
Duyğularım mənim.

Göydən yerə ovuc-ovuc işıqları,
göydəki ulduzları,
göldəki dalğaları,
üsyandakı insanları
səngərdəki əsgər məktubları
məktəb qapısında sevgi dolu baxışlarıyla,
Məmləkətim,məmləkətim,
mənim məmləkətim.

Bağrıma basdığım sevgilim,
yaradıb-yaradıb paylaşdığım
çovdarım,buğdam,alın tərim
torpağı aydınlatan günəşim
dəzgahlarını yaratdığım
əməyimin gücünü zorladığım
məmləkətim,məmləkətim,
məmləkətim mənim.

Çeviren : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(MEMLEKETİM BENİM)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Ürəyim çırpınır

Ürəyim çırpınır, hiss etdim səsini
Əllərim axtarır, göyərçin əllərini

Gözlərim axtarır, gül üzlü gözelliğini
Hisslərim çırpınır, hiss etdim nəfəsini

Varlığım çırpınır, hiss etdim gülüşlerini
Dodaqlarım axtarır, qurumuş buselerini

Ruhum axtarır, müqəddəs gözlərini
Mənliyim çırpınır, hiss etdi sənliyini

Çeviren :Ayşen Savadova

Fotoğraf :Çetin Bayramoğlu

(YÜREĞİM ÇIRPINIYOR)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Ürkək və Yaralı Ceyran

İllər,illər əvvəl,
Dəliqanlığımın ilk səhifələrində,
Bir yaz başlangıcında rast gəldim O’na.
Saralmış daşdan dədə evinin torpaq damında
Ürkək və yaralı Ceyranıma.
Hər səhər işıl-işıl gün doğanda,
Dədə evinin gül qoxulu eyvanında
Ürkək və Yaralı Ceyranımı seyr etmək
Yaşamaq sevincim oldu,bir anda.

Günəşə mərhaba deyən ağaclar,
Eyvanı və Ceyranımı qoruyan asmalar,
Utanqac qanad çırpan göyərçinlər kimi
Ürəyim-ürəyim atan məni saxlar
və Mən; ürkək və yaralı Ceyranımı,
Məsum uşaqlığımızın sevgisini izlər,
Gecələri yuxularıma həbs edərdim.
Gözəlliyilə ürkək və yaralı Ceyranım
Yuxularımda taxt qurmuş,
İri ceyran gözlərinin işıltısında
İlk gəncliyimin həyəcanlarını yaşayır,
Göyüzündə,yusuftutan quşlar kimi
Dədə evinin üzərində uçar,uçardım.

Suya həsrət torpaqlarda Ceyranım üçün;
Gül üzünə bənzəyən güllər yetişdirər,
Kiçik xoşbəxtliklərlə kifayətlənən,
Sevgiyə ac dəliqanlı ürəyimin
Ən gizlin sevda köşələrində
Onunçün bülbüllər bəsləyərdim.

Dəryalar kimi şəffaf gözəlliyi,
Uzun incə ayaqları,qıvraq vücudu,
Alımlı bədəni və ceyran ürkəkliyi
Gözlərimin içinə həbs olmuş;
Unuda bilməz,unutmaq istəməzdim.

Günlər,günlər boyu ürkək və yaralı
Ceyranımı izlədim;yoxluqdan gəlib
Qara tənhalığa,başlıq pulu uğruna
Məhbəs edib məsum gözəlliyini.

Özünü tutsaq edən evin damında
Sevməməyin və sevilməməyin tənhalığını
Öz tənhalığı ilə paylaşardı.
Və Mən, daş qəlbli divarların ardında,
Gül qoxularını özümə sipər edib
Ürkək və yaralı Ceyranımı izləyərdim.

Tənhalığın dörd divar arasındakı zindanında,
Qapqara gecələri yaşamaq məcburiyyətində qoyulan
Ürkək və yaralı Ceyranım günəşə çıxanda
Uzaqlara,suya həsrət ovaya,
Ömrünün ilk illərini paylaşdığı
Anasının,atasının və qardaşlarının yaşadığı
Arıpətəyi evlərə baxar və onlara
Qorxunc səssiz fəryadlarını yollayardı.

Hər ikimiz də ürkəkdik ;
O yaralı və tənha Ceyran,
Mən isə yaralı ceyranıma Məcnundum.
Mən bağçanın daş divarları arxasında,
O,bir ovuc yaşamın sığınağında,
Bu utanqac qovalamacanı birlikdə yaşadıq.

Ta ki ürəklərə dərt düsürən
O qəmli hadisə yaşananadək.
O sabah,qaçaq sevdamıza
Gözətçilik edən qara üzümü salxımı boyun əymiş
Açan güllər yarpaqlarını tökmüşdü.
Daş divar fəryad-fəğana düşmüş,
Ürkək və yaralı Ceyranım
Gedilib də dönülməyən yola
Zamansız və mənsiz çıxmışdı.

Daş eyvanı alqırmıyı qana bürünmüş,
Ürkək və yaralı Ceyranımın yarı açıq gözləri
Ürəyimə bir ox kimi sancılmışdı.
Balaca ağzı,Ceyranımın qədərini damcıladır,
Və mənim dəliqanlı gözyaşlarıma qarışırdı.
Nə Ceyranımın səsi çıxırdı,
Nə də mənim səsim-səmirim yaşayır.
Hıçqırıqlarım gözyaşlarımda gizləndi
və Mən, ürkək dəliqanlığımı,
O gündən bəri ürəyimə həbs etdim.

İllər,illər sonra,
Qocalığımın son səhifələrini yaşadığım zamanda,
Xatırladım O’nu bir yaz başlağıcında.
Və Ürəyimi sızıldatan sualı verdim özümə
İntiharmı yoxsa qəzamı?
Bir bilinməzdi,yaşandı və qısa bitti

Çeviren : Ayşen Savadova

(ÜRKEK ve YARALI CEYLAN )

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Bilirəm

Keçmiştəki mən, artıq mən deyiləm
Bugünkü mən, sən və mənəm
Sabahki mən, mən olmayacam
Amma indiki mən, sənəm bilirəm

Dünəndə qalan sən, döyünən qəlbim
Bir də fikrimdəki sən və mənəm
Sevən mən, sevilən sən
Olandan sonra, mən sənəm bilirəm.

Birdənəm, gülən gözəlliyim
Qəlbimdəki sən, qəlbimdəki mənəm
Tək olan mən, tək olan sən
Mən sən olacam, sən də mən bilirəm

Çeviren : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(BİLİRİM)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Bir Damcı Olsaydım

İndi gecənin ən sakit çağı
Səhərə çox az qalb
Günəş ha qalxdı,qalxacaq
İstanbul al-əlvan
Məscidlər,körpülər və Haliç
Bəs o gözlərin,bəs o gözlərin?
Al-əlvan o gözlərin.

Ay səmada,Ay dolunay
Parlaq görünüşüylə möhtəşəm
Ətrafında ulduzlar sayrışır
Al-əlvan boyanıb səma
Və od kimi toxunur əllərimə.
Bəs o əllərin,bəs o əllərin od kimi o əllərin

Rahatlıq və səadət sayrışır
(bir damcı olsaydım,öpsəydim gül üzünü)
Dövrəyə almış dörd bir tərəfimi
Səssizlik ney və tarı götürmüş
Yavaş-yavaş yol gedir
və sənlə mən sakit,gecə sakit
İndi İstanbulun ən sakit çağı

Çeviren : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(BİR DAMLA OLSAM)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

İstanbul al-əlvan

İstanbul al-əlvan,səssiz və sakin
İstanbulun əlvanlığı sənin gözlərində

İstanbul göz-gözə,nəfəs-nəfəsə
Arzulu gecədə mən səninlə əl-ələ

İstanbul büsbütün yağış içində,
Dodağın dodağımda,gül üzün əllərimdə

İstanbul bu gecə çox yorğun
Mən sakinəm,səninlə bu gecədə

İstanbul yaşamadı belə coşğun bir gecə
Nə keçmişdə,nə indi

Çeviren : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(İSTANBUL IŞIL IŞIL )

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın