Aydınlığına ehtiyacımız var

İnsanlığın qaranlıq çağlarında
Düşünən insanlar,yaradan əllər,
Oxuyan beyinlər,söyləyən dillər
Qorxu sığınacaqlarında otururdı,şam işığında.
Təşkilatlanmış cəhalət qarşısında,
Tək-tənhalıqda,qaranlıq sığıncaqlarda,
Qorxub oturmaq yox,artıq!
Günəşin aydınlatdığı göyüzü altında,
Azğın dalğaların vurub çırpdığı sahildə
Yalın ayaqla aydınlığa qaçmaq var;
Sonu cəhalətin tətiklədiyi,
Gəlməkdə olan dalğalara qapılıb
Diri-diri boğulmaq olsa belə.

Düşünən insan günəşə çıxıb,
Dalğalar qapılmaq naminə belə,
Günəşli sahildə qaçmağa başladı.
və milyarlarla aydınlanmış insan
Qəhrəmanların səbirlə yerləşdirdiyi
Sərin və sakit sahildə yeriyirlər.
Adsız qəhrəmanların hədiyyə etdiyi
Aydınlıq bir dünyada yaşayırlar.
Qaranlığın cəhalət yüklü dalğaları
Əbəs yerə çalışmasın yox edə bilməz,Aydınlığı…
Təkrar qaranlığa sığınmaq yox!
Qorxan ürəklərdən çox
Düşünən,yaradan,paylaşan insanların
Aydınlığına ehtiyacımız var.

Uyarlayan : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Özgür İnsan

İnsanlığın böyük gələcəyi,sən.
Dünyanı xilas edəcək,sən.
Zülmün xofluğunu,
Zərlərin pul-pul töküldüyünü
Göstərən sənsən,sən.

Özünə güvənən insan,sən.
Zülmlərin insana yadlaşmasını
Üzlərinə çırpan,sən.
Əziyyətlərə boyun əyənləri
Oyandıran sənsən,sən.

Ağlımızda yaşayan qəhrəman.
Ürəyimizdə aslan,sən.
Biləyimizdə dirənən.
Yoxsulların yoxsulluğunu,
Gücsüzlərin gücsüzlüyünü
Paramparça edən sənsən,sən.

Adi insanların adiliyini,
Boyun əyənlərin əzilmişliyini
Üsyana çevirən,sən.
İnsanlığın ruhunda qanayan yaranı
Deşən də sənsən,sən.

İnsanlığın tarixi birikimi,
Günümüzün günəş aydınlığı,
Gələcəyimizin çoban ulduzu.
Mübarizəçi sənsən,gələcəyə güvənən.
Nikbinlik sənsən,Öndər sən.
Haqsızlığa qarşı dik duran,
Yaradan,paylaşan,
Özünü aşan sənsən,sən.

Həqiqəti söyləyən,gecə-gündüz tər tökən.
Fədakar sənsən,həqiqət eşqi sən.
Tarlalarda məhsul,ürəklərdə sevgi,
Beyinlərdə bilgi,cəsarət və mərhəmət
Sənsən,özgür insan sən.

Uyarlayan : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(ÖZGÜR İNSAN)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Igid könüllərə ərmağan

Ərmağan olsun igidlərə,
Aclıqda gözü yaşlılara dərman axtaranlara,
Yer-göy davasında dik duranlara,
Əzilmişin qabına su-çörək daşıyanlara,
Ərmağan olsun,əməyimiz.
Həqiqəti bağıran,qorxub susmayan,
Doğruluğun həzziylə yanıb tutuşan,
Dastanlaşan müqavimətə sevdalanan,
Türküləşən həyatlara salam duranlara,
Ərmağan olsun meydan oxumamız.
Həyatın dastanında,zorbalığına divlərin,
Alçaqlığına kölgəsiz quldurların,
Ədamız,mövqeyimiz,ərmağan olsun,səsimiz.
Həbisxana divarlarının qabağında əyildiyi,
Qaranlıq güclərin köşə bucaq qaçdığı,
Qaranlıq zamanları parçalayan bizim igidlərə
Ərmağan olsun,mübarizəmiz.

Uyarlayan : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(YİĞİT GÖNÜLLERE ARMAĞAN)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

İstanbulda yağış yağır

092

Bayırda yağış yağır,
Xoşbəxtlik küçəsində.
Axtarıram həqiqəti, yaşamaq üçün
Həqiqətin çiçəkli bağçasında.
Səsini soruşuram quşlardan
Kindən uzaq, utancdan uzaq,
Qorxusuzca yaşayıram.
Yaxşılıqlarımı böyüdüb-böyüdüb,
Sən tapasan deyə,
Küçələrə buraxıram.
Gəncləşirəm, mübarizəylə,
Gözəlləşirəm, səninlə.
Bacarmaq istəyirəm, bacaracam.
Bayağı kölgələrin zəif səslərini
Duymuram, duymayacam.
Bayırda yağış yağır,
Tindən dönməyini gözləyirəm.
Başlayacam şeirimə yenidən,
Misraları dodaqlarından,
Sözləri öpüşlərindən.

Uyarlayan : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(DIŞARDA YAĞMUR YAĞIYOR)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Səssiz mələyim

Beş yaşında mələyim okean səssizliyndə,
Uzanmışam yanına səssiz mələyimi dinləyirəm.

Mənə, bugün “Günəş çıxmadı” demə;
mələyim buludların gerisində.

Beş yaşında mələyim cümlələri heçdən ötə.
Hər gecə yatağında səssiz nağıllar söyləyirəm mələyimə.

Mənə, bugün “Necəsən?” demə;
ruhum fırtınadan əvvəlki səssizliyində.

Beş yaşında mələyim gözlərinin içi günəşdən ötə.
Gözlərini gözlərimə, içimə çəkirəm, mələyim məndən ötə.

Mənə, bugün “Hardasan?” demə;
özümü həbs etmişəm mələyimə.

Uyarlayan : Ayşen Savadova

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

İstanbul’da Yağmur Yağıyor

Dışarda yağmur yağıyor,
Mutluluk bulvarında.
Arıyorum gerçeği, yaşamak için
Gerçeğin çiçekli bahçesinde.
Seni soruyorum kuşlara.
Kinden uzak, utançtan uzak,
Korkusuzca yaşıyorum.
İyiliklerimi büyütüp büyütüp,
Sen bulasın diye,
Sokaklara salıyorum.
Gençleşiyorum, mücadeleyle.
Güzelleşiyorum, seninle.
Başarmak istiyorum, başaracağım.
Bayağı gölgelerin zayıf seslerini
Duymuyorum, duymayacağım.
Dışarda yağmur yağıyor,
Köşeden dönmeni bekliyorum.
Başlayacağım şiirime yeniden,
Dizeleri dudaklarından,
Kelimeleri öpüşlerinden.
Elimde kalanlarla kuracağım
Sevgiyi yüreğimin can evinde.
Dışarda yağmur yağıyor,
Baharı yaşayan İstanbul sabahında.

04.06.2010 İstanbul
15.04.2012 İstanbul

Fotoğraf : Çetin Bayramoğlu

İstanbul şiirleri içinde yayınlandı | Yorum bırakın

Göyərçin qondu ürəyimə

Bir göyərçin qəflətən qondu,
Həyətin yalnızlıq qoxan daşlarına.
Bəyazmı bəyaz; ruhun kimi….
Gözəlmi gözəl; sevdan kimi….
Ürkəkmi ürkək; tutqun kimi….
Bir göyərçin qondu, qəflətən,
Fəryad edən ürəyimə.

Dört divar arasında,
Keçid verməz,səs verməz,
Nəfəs almaz, əks-səda tapmaz
Dört divar arasında
Bir göyərçin həyətə qondu.
Gülümsədi üzümə, ürəyimə
Qəflətən girdi həyatıma.

Kiçik bir bitgi, daşlar arasında,
İşıqdan yarpaqlarını,
Ümiddən qollarını,
Açmış, göyüzünə qucağını.
Ağac olacaq, sevgi olacaq,
Ümid olacaq, gələcəyim olacaq,
Həpisxana divarları arxasında.

Bir göyərçin qondu,ilkbahar sabahında.
Bir qurtum su gətirdi, dimdiyində,
Yamyaşıl yarpaqların torpağına.
Qanadı dəmir, səsi nalə.
Bir göyərçin ağır-ağır yüksəldi
Həyatımın süd bəyaz buludlarına

Uyarlayan : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

İçsəs

Çöldə qapqaranlıq bir fırtına əssə də,
İçsəsimin aydınlığında,
Mənə gülümsədiyini hiss edirəm.
Qapqaranlıq fırtınada gülümsəyən üzün,
Ümidimi doğuran sözlərin,
Dəryaya qarışan gözyaşım,
Çeşmələrdə axan alın tərim,
Göyüzünə çatan nəfəsim,
Sən mənim İçsəsim,
Sən mənim yoldaşımsan.

Dərdlərimi həll edir,dinlənirəm
Sevgində və gözlərində.
Ruhumu oğurlamaq istəyən oğrulara
Dirənirəm sevgində,
Qarşı dururam qaranlıq fırtınalara.
Gözəlliyini qısqanıram.
Gözəlliyində xəsis oluram.
Səhərin ilk saatlarında
Gözlərindəki dolunaya sığınıram.
Günəş dünyada ən gözəl
Sənin gözlərində doğur.
Gün batımının qızıl saatlarında
Gözlərindəki günəşə çəkilirəm.

Dünyam sənin gözlərində gördüklərim,
Dodaqlarından çıxan sözlərim
Dünyanın ən gözəl sözləri.
Həyatın senfonisi qədər yandırıcı
və həyəcan verici,sənin sevgin.
Sən mənim əl çəkəmmədiyimsən,
Sən mənim aydınlığım,içsəsimsən.

Uyarlayan : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Yiğit gönüllere armağan

Armağan olsun yiğitlere,
Açlıkta gözü yaşlılara derman arayanlara,
Yer-gök kavgasında dik duranlara,
Ezilmişin tasına su-ekmek taşıyanlara,
Armağan olsun, emeğimiz.
Gerçeği haykıran, korkup susmayan,
Haklılığın hazzıyla yanıp tutuşan,
Destanlaşan dirence sevdalanan,
Türküleşen hayatlara selam duranlara,
Armağan olsun, meydan okumamız.
Hayatın destanında, zorbalığına devlerin,
Kalleşliğine gölgesiz haydutların,
Edamız, tavrımız, armağan olsun, sesimiz.
Mapushane duvarlarının önünde eğildiği,
Karanlık güçlerin köşe bucak kaçtığı,
Karanlık zamanları yırtan bizim yiğitlere
Armağan olsun, eylemimiz.

19.09.2011 İstanbul
12.04.2012 İstanbul

Fotoğraf : Çetin Bayramoğlu

Politik şiirler içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Özgür İnsan

İnsanlığın büyük geleceği, sen.
Dünyayı kurtaracak, sen.
Zorbaların kofluğunu,
Yaldızlarının pul pul döküldüğünü
Gösteren sensin, sen.

Kendine güvenen insan, sen.
Zorbaların insana yabancılaşmasını
Yüzlerine çarpan, sen.
Zorbalara boyun eğenleri
Uyandıran sensin, sen.

Bilincimizde yaşayan kahraman.
Yüreğimizde aslan, sen.
Bileğimizde direnen.
Yoksulların yoksulluğunu,
Güçsüzlerin güçsüzlüğünü
Paramparça eden sensin, sen.

Sıradan insanların sıradanlığını,
Boyun eğenlerin ezilmişliğini
İsyana dönüştüren, sen.
İnsanlığın ruhunda kanayan yarayı
Deşen de sensin, sen.

İnsanlığın tarih birikimi,
Günümüzün güneş aydınlığı,
Geleceğimizin çoban yıldızı.
Eylemci sensin, geleceğe güvenen.
İyimserlik sensin, Önder sen.
Haksızlığa karşı dik duran,
Üreten , paylaşan,
Kendini aşan sensin, sen.

Gerçeği söyleyen, gece gündüz ter döken.
Fedakar sensin, gerçeğin aşkı sen.
Tarlalarda ürün, yüreklerde sevgi,
Beyinlerde bilgi, cesaret ve merhamet
Sensin, özgür insan sen.

14.06.2010 İstanbul
11.04.2012 İstanbul

Fotoğraf : Çetin Bayramoğlu

Politik şiirler içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın