CƏSUR ÜRƏKLƏR GƏRƏK


 
Həyatın aydınlığı, niyə çevrilir qaranlığa?
Qədər desən deyil!
Kor qaranlıq sistemdə
yaşanılan və yaşadılanlar.

Bir dost əli yoxluğunda,
Bir ümid əksikliyində,
Yaşanılan sonsuz kədərlər,
Tərtəmiz ürəklərə yaşadılanlar.

Gənc fəryadlara eşlik edən,təkcə
Qağayılar və dalğalar…..
Bir addım əvvəli,qapqaranlıq sonrası.
Ödənəcək həyatla,gecələr boyu yaşadılanlar.

İnsanın insana yadlaşması,
Qaraldılan həyatlar,
Əl toxunulmamış duyğular
və Sonsuz kədərlər,gənc ruhlara yaşadılanlar.

Qara torpaq,səssiz bir nəfəs,
qaralan gecədə fəryad-fəryada bir ürək.
Yaşayan ölülərlə çatılmayacaq….
Cəsur ürəklərlə sonlanacaq,yaşadılanlar

Çeviren : Ayşen Savadova

(CESUR YÜREKLER GEREK )

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

SƏHƏRƏDƏK


 
Ürəyimə dəyən ,gözlərinmiydi yoxsa sözlərin?
Heç bitməyən söhbətimizdə, dünən gecə,səhərədək.
 
Məni sevindirən,sənin varlığınmıydı bir bilsəm
Röyamda sakin addımlarla gəzən və səadət saçan,səhərədək.
 
Bir bilsəm ;gözəlliyinmiydi,yoxsa canayaxınlığınmı?
Məni belə xoşbəxt edən.Bir sən bir də mən,səhərədək.
 
Gözlərin gözlərimdə,öpüləsi əllərin əllərimdə;bizlərmiydik?
Leyla ilə Məcnun kimi ulduzlarda gəzən,səhərədək.
 
Çeviren : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

( SEHERE DEK)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

NEYLƏYİM


 
Neyləyim günəşin aydınlığını sən olmayınca
Ulduzların könül oxşayan mahnılarını.
 
Neyləyim əllərini tutmadıqca,ruhunu özləmədikcə
Könlünü ələ almadıqca,sənin.
 
Neyləyim mən,nəfəsim nəfəsinlə birləşmədikcə
Ürəyim ürəyinlə döyünmədikcə.
 
Neyləyim nəfsimi sənlə yenmədikcə,
Gözlərimi,gözlərində yaşatmadıqca.
 
Neyləyim dodaqlarındakı qönçə gülü
və səni, bal dadan dodaqlarını öpmədikcə,

Çeviren : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(NEYLEYİM)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

XOŞBƏXTƏM


 
Əllərimi möhkəm tut,incimərəm.
Deyərəm ki,dürüstcəsinə,Məcnunam.
 
Gözlərimi həbs et,səs çıxartmaram
Deyərəm ki,dəcəlcəsinə , sərxoşam.
 
Ürəyimi qucaqla,utandırmaram.
Deyərəm ki,ərkəkcəsinə,vurulmuşam
 
Azadlığımı al,inan ki deyinmərəm.
Deyərəm ki,içtənliklə,XOŞBƏXTƏM!

Çeviren : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(MUTLUYUM)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

ƏLLƏRİN


 
Mən sənin eşqini
İlk əllərində hiss etdim.
Şirin istinə hər toxunduğumda
Eşqini əllərimə həbs etdim.
 
Əllərin.Ah! O əllərin;
Yoxsa buna eşqmi deməli?
 
Əllərinmiydi yoxsa gözlərin?
Məni sənə gətirən.
Əllərin əllərimə toxunduğundan bəri
Gizlincə yuxularıma girdin.
 
Əllərin.Ah! O əllərin.
Yuxularımı heç tərk etmədi.

Çeviren : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(ELLERİN)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

KÖNÜL QAPISI


 
Gecə quşlar gəlməz oldu uzun zamadır.
Könül qapısı açılmaz oldu,niyədir?
Ay dolunay olmayalı,gecə yollar
Yerinməz oldu,iztirablı ürəyimdir.
 
Kilidimi qırmağa könlüm əl vermədi.
Könül qapısından varlığım sığmadı.
Heyhad!Yaşadığımı zənn edərdim
Son dəmlər yaralı,özüm özümü tapmadı.

Uyğunlaşdıran: Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(GÖNÜL KAPISI)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

SÖYLƏYİN ONLARA

Qağayılardakı bu qorxu,niyədir görəsən?
Küçə pişiklərinin narahtçılığı bəs?
Günəş gizlənmiş pərdələrin arxasında.
Söyləyin,söyləyin onlara: Toxunmasınlar.
 
Küçələrdə gəzən qatil üzlər.
Qaranlıq köşələrdə xain tələlər
Evlərdə yaşadılan qaranlıq xatirələr.
Söyləyin,söyləyin onlara: Qaralmasınlar.
 
Vicdanlar yerlə bir,insanlıq can verir
Zindanlar can alıb,ölüm toxumları əkir.
Alçaq siyasətlər könül çiçəklərini əzir
Söyləyin,söyləyin onlara: Alçalmasınlar.

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

GÖZYAŞLARI


 
Rəng-rəng olsa da gözlər
Həmişə eynidi gözyaşları.
Kimi sevincdən ağlayar
Axar gözyaşları,şirin-şirin.
Kiminin kədərdəndir ağlaması.
Axar gözyaşları acı-acı….
 
Sevdaları şirin-şirin ağladanlar;
Söz məclisdən uzaq,inciməsinlər.
Sevdaları acı-acı ağladanlar;
Söz tətikdə,yanıma yaxınlaşmasınlar.
 
Çeviren : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(GÖZYAŞLARI)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

SEVDA DƏYİŞİKLİKLƏRİ


 
(I)
Bənzəməz kimsə sənə.
Sən,sən olsaydın
Bənzəsəydi kimsə sənə
Sən,sənsən mənim üçün
Bənzəmədiyindən kimsə sənə.
 
(II)
Ah! O sevgi, o ıstırap  
Zidiyyətlərin uyğun   cütlüyü
Dəli edir dəli,məni.
Sevgi yandırar səni,məni.
Dəli edər məni, o iztirab.
 
(III)
Qəlb qırmaqdansa qəlb qazanmaq:
Yaşamağımın əsas mənası budu.
Qəlbi,qəlblə sevib-sevib əzizləmək:
Sevdalarımın əsas qidası budu.

Çeviren : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(SEVDA ÇEŞİTLEMELERİ)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Qaranlığımsan, Axtardığımsan


 
Ucsuz bucaqsız dərinliklərdə
Gizlənən əsrarəngiz,qaranlıqüzlüm.
Mən sevda,mən ağıl,mən maddə.
Sən keçmişimdəki bilinməyən gülüm.
 
Gücümün ayrılmayan digər parçası,
Qaranlıq tülbəndli,bilinməyən yoldaşım,
Maddəmə özgə,savadıma yad qapısı,
Nazlı gözəlim,mazidəki karandaşım.
 
Həbs et qaranlığına,işığımla məni.
Boşluğumdakı ruh varlığım,
Niyə özündən uzaqlaşdırırsan məni?
Köşə qovalamacalarından bezdim.
 
Uzaqlaşarkən sonsuza,uzadırsan
Yaradılmış ilk günki birliktəliyimizi.
Alın yazımızı tükətərək dəyişdirisən,
Qaranlıq dərinliyinə həbs edərək sevgimizi.
 
Çeviren : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(KARANLIĞIMSIN, ARADIĞIMSIN)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın