İstanbulun quşları

Görkəmli köç aylarında yelkovan quşları
Marmara dənizindən sürüylə balıq ovlar.
Galata qalasından Üsküdara baş çəkin.
Hazerfen Əhməd Çələbiyə yoldaşlıq edər
Çığırtqan və işğalçı bəyaz qağayılar.
İstanbulun ziyalılarıdır ağıllı qarğalar.
Qamışlıqlar dalğa-dalğa dalğalanar rüzgarda,
Bataqlıqlar şənləndirər leylək yuvaları,ilkbaharda.
Damlar,çardaqlar və məscid şərəfələri
Sonbahara kimi qalar,hacıleyləklər.
İstanbul quşlarını bağırlarna basar
Süleymaniye məscidinin günəşli və
Rüzgarsız bucaqlarındakı quş evləri.
Bülbül dərd tökər,sərçə dərd dinlər.
Sultan Əhməd məscidinin mömin avlusunda
Sevgiylə qarşılanar,İstanbulun quşları.

Eyub Sultan məscidində sabah azanları
Göyərçin qanadında yeni günü qarşılar.
Barış və azadlıq simvolu göyərçinlər
Yerüzündən göyüzünə qoruyucu mələklər.
Qanad səsləri və mahnıları ahənglə daşıyarlar
Eyub Sultan məscidi avlusunda,İstanbul quşları.
Kadıköy aşiqləri dərdləşir qarabataqlarla.
Çekmece gölünün ətrafı dolub-dolub boşalar
Uzun qanadlı,əyri quyruqlu su qaranquşlarıyla.
Haliç dənizi üzərində uçan quşlar
Sürətlə alçalıb yüksələn kiçik,narin qaranquşlar.
Bəs qumrular? Harda utanqac qoşa qumrular?
Bir başqadır,gülərüzlü İstanbulun quşları.

Uyarlayan : Ayşen Savadova

Fotoğraflar : Çetin Bayramoğlu

(İSTANBUL’UN KUŞLARI)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Paramparça

033

Bir bütündük həyat mübarizəsində.
Coşğun zamanlarımızın
Qarşıqoyma əzmindəki eşqimizə nə oldu?
Xatırlarsan,Hər an,
Eşqimizin torpaqdan daha qalıcı
Daha bəhrəli olmasını diləyərdik.
Cücərmədi,torpağa atdığımız toxumlar
və Qəflətən yağan yağmurda
Çürüdü getdi yetim qalan xatirələr.
İndi,qəlbimiz paramparça
və Sevdamızı qoruduğumuz
Nəfəssiz həyatımız min bir parça.
Gecələr paylaşdığımız xatirələrsə
Ulduzların ötəsindəki uzaqlıqda.

Uyarlayan : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Şahnaz Longa

Mizrab sovrulur bürünc tellərə
Tambur rəqs edər könüllərdə,
Havanı bürüyən Şahnaz Longadır
Qanun məst olur könül alan dizlərdə.

Könül bir: dəlisov könüllər diz-dizə.
Havanı bürüyər qəflətən segah səsləri.
Könüllərdə çalınan Şahnaz Longadır,
Rəqs məclisində rəqs edər gözəllər.

Kamana sorulmaz eşqın hesabı,
Aşq yuvası,dost süfrəsi
Dəliqanlıdır; yanakı baxılmaz.
Bəstəkar səslər qəflətən peyda olar.
Havada sallanan Şahnaz Longadır.

Can dayanmaz,canan dayanmaz
Gözlər süzülər,gül qoxulu əllər sevilər
Könülləri bağlayan Şahnaz Lonqadır.
Könül dayanmaz,ürək dayanmaz.
Gecəni gündüzə bağlayan Şahnaz Longadır.

Uyarlayan : Ayşen Savadova

(ŞEHNAZ LONGA)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Muğam Gecəsində

Bülbüllər cəh-cəh vurur muğam gecəsində
Tar can tapır,baraban nəfəslənir
Ulduzlar yağır məclis şənlənəndə
Ud ağlayır,nağara döyünür.

Üzün gül açır,xanəndələrin sözlərində
Kanun can verir,canan can alır
Özümdən bir səs gəlir,kamança səsində
Könlüm guşa gəlir muğam gecəsində.

Uyarlayan : Ayşen Savadova

(Muğam gecesinde)

Azerbaycan Türkçesi içinde yayınlandı | Yorum bırakın

Ey sevgili!

Kimsə kimsənin dərdini bilə bilməz,
Kimsə ayrılığın gizli gücünü nəzərə ala bilməz.
Hər ayrılıq,keçilməz sevgiliyə daha da yaxınlaşdırır
Hər ayrılıqdan sonrakı bərabərlik,
Məni sənə daha da yaxınlaşdırır.
İnsanlıq sevgi ilə başlamışdır,
Sevgisizliklə sona çatacaq.
Sevgisizlik çuxuruna düşməmiş
Yaşamağı bacara biləcəyikmi? Ey sevgili!

Özümü sevirəm ama özümə aşiq deyiləm.
Eşqi yaşayıram könlümdə,
Ürəyim bu nadir çiçəyi çox qısqanaraq saxlar,
Ən qorunaq bucağında.
Eşq hüzurunda əli açıq dururam,
Qulu-köləsi oluram.
Özümü çox sevirəm,
Aşiqəm mənə huzur və xoşbəxtlik verən gözələ, Ey sevgili!

Yaşadaq bütün gözəllikləri,
Ürəyimizdə və xatirələrimizdə….
Keçmişi,günümüzü və gələcəyimizi
Oyanan günəşin aydınlığı
Bəsləsin gözbəbəyimizi və xatirələrimizi,
Özümüz kimi saxladığımız nənəmizin sandığında.
Ölənlə ölünməz; həyatın tunc qanunudur.
Sevənlə sevilir; bizi əsirgəyən sevgilini.
Qorxanla hiss edilməz; yaşanan sevginin gizli ruhudur.
Yaşayanla yaşanılır; xoşbəxtliyi və huzuru, Ey sevgili!

Gülərək eşqin hüzuruna çıxacam.
Gülərək ürəyimi günəşə açacam;
Gülərək eşqin əllərindən tutacam;
Ulduzları oğurlanmış körpə uşaq kimiyəm,sənsiz,
Kədərli,hırçın və də işıqsızam,sənsiz.
Dəlidivanəyəm,bilirəm.
Sənə qovuşacağım günləri səbirlə gözləyərəm
Hüzuruna gülərək gələcəm.
Bil ki səni özümdən çox sevirəm.
Səssizlik,dünyanın ən gözəl səsidir.
Bülbül səsindən də gözəldir,ney səsindən də….
O səssizlik, ürəyimizin ən dərinindən gəlir
O səssizlik, eşqin səsidir.
Nə xoşbəxt, səssizliklə ürəyini dinləndirənlərə, Ey sevgili!

Necə də çətindir həqiqəti tapmaq,
Necə də asandır həqiqətə çatmaq.
Kimi zaman özümüz qədər yaxın,
Kimi zaman kainatın digər ucu qədər uzaq.
Həmişə düşünürəm; niyə yaxınam? niyə uzağam?
Niyə səhər tapdığımı itirirəm gecə?
Həyatı sevirəm, ruhumu sevmək istəyirəm.
Vijdanımı rahat tutmağa çalışıram.
Niyə ruhumun hüzuruna qəbul edildiyini hiss edə bilmirəm?
Niyə vijdanımın məni tənha qoyduğunu hiss edirəm?
Niyə yorulur ruhum, insan olmaq istərkən? Ey sevgili!

Uyarlayan : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(EY SEVGİLİ!)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Mübariz İyimsərliyim

Can dostum,qan qardaşım,iyimsərliyim ;
Qan davam,can düşmənim,kötümsərliyimdir.

Keçilməz həyat mənbəyim,ümidim,
Çörəyim,suyum,duzum;insanlığımdır.

Məcburiyyətim mübarizələrimin coşqusu,
Yaratdığımın mənbəyi,iyimsərliyimdir.

Yenilikçi mübarizənin atəşi,ümidim;
Alçaqgönüllü mübarizsizliyim ləyaqətimdir.

Var olma səbəbim,batmayan günəşim ümidim,
Ölümsüz sevgilim,mübariz iyimsərliyimdir.

Uyarlayan : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(MİLİTAN İYİMSERLİĞİM)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Kim istəməzki…

Bağışlamaq,gözəl insanlara məxsusdur.
Bağışlaki,gözəlləşəsən!
Kim gözəl insan olmaq istəməzki?

Unutmaq,yenidən başlamaqdır.
Başlaki; unutduğunu zənn etdiyini həqiqətən unudasan.
Başlaki,həyata yenidən tutunasan. Dəyməzmi?

Xatırlamaq həyata dairdir,
Bəzən insan olmağı xatırlamaq lazımdır;
Dünyayı cənnətə çevirmək üçün.
Cənnət sevdiyinlə gözəl deyilmi?

Uyarlayan : Ayşen Savadova

Fotoğraf :Çetin Bayramoğlu

(KİM İSTEMEZ Kİ…)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Çalıquşu cəh-cəh vurur ürəyimdə

Yaz çıxıb gəldi nəhayət
Əkinlər göyərdi.
Alov qırmızısı gəlinciklərin
Çobanyastıqlarıyla qovuşması
Yaşanır, torpağın altında.

Arılar tozlandı çoxdan
Kəpənəklər həyatlarının payızında
Düyü tarlaları bir gecədə yaşıllaşdı
Günəbaxanlar, cərgə-cərgə
Ucsuz-bucaqsız günəş tarlasında.

Göyüzü durumu duru
Göyüzü şəffaf
Yerüzü qara torpaq
Dün gecə yağan yağmurla
Suya doymuş nəhayət.

Al-al açmış çiçəkləri
Toxuma durmuş qanqalların
Gözlərim yasəmən qoxur
Quşlarını silkələyir qoca çinar
Qırmızı gül budağı əyilib üzümə
Öp məni, öp məni deyir arsızca.
Bir çalıquşu cəh-cəh vurur ürəyimdə
Ürəyim isə çox uzaqlarda…

Uyarlayan : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(ÇALIKUŞU ÖTÜYOR YÜREYİMDE)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Əmək

Eşqə əmək ver,
Sevgisi güclü olsun.

Münəvvərdir,
Əmək verilən uşaq.

Ağaca əmək ver,
Meyvəsi bol olsun.

Vətəndir,
Əmək verilən torpaq.

İşinə əmək ver,
Peşən verimli olsun.

Çağdaşdır,
Əməyi
seçən nəsil.

Uyarlayan : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(EMEK)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

İndi hardasan?

Sən kimdin?
Ansızın qəlbimə girən,
İndi hardasan?
Məndəki sevginin harasındasan?
Mən səndəydim.
Səndəki sevginin bütövlüyündəydim.
Gizlimdin,əlimdin,
Xəlvətlimdin,gözümdün.
Özümdün,səndə mənimləydim.
Səbəbimdin.
Ya sən kimdin?
Ansızın çəkib gedən,
İndi hardasan?

Uyarlayan : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(ŞİMDİ NEREDESİN)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın