İSLAQ


 
Ey gözəl ,inci gərdan üzərinə sal saçlarını.
İzin ver,sənsiz gözyaşlarımı ürəyində əzizləyim.
Dalğa-dalğa saçlarını sal qoynuma,qoynuma
Birləşən ruhlar,gözyaşlarını töksün  coşğun dalğalarda
İzin ver,əllərini əllərimə möhkəmcə sıxım.
Şəfqəti ilə  əhatə etmiş Zührə,başdan sona göyüzünü
Ay dolunay,Göyüzü yağış,Yerüzü islaq
Uçuşan yarpaqlar,əsir etsin yağış damcılarını
Okean dərinliyində ağappaq gözyaşlarında üzüm.
Sil gözyaşlarını,ver ürəyini ürəyimdəki dodaqlarıma
Sonsuzluğa üzək,qanadlanan göyüzü dalğalarında .
Qoruyucu olsun tül şal,səhər sinəndə dincəlim.
Ay işığı  dalğa dalğa ,sevgiylə yuyur gül üzünü.
Sən yorğun,mən yorğun,yelkənlərimiz islaq.

Çeviren : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(SIRILSIKLAM)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Məni İstanbul’da tap

 
 
Məni İstanbulda tap
Darıxıram, gözlərin İstanbul
Qeyb oluram, gözlərin İstanbul
Sor, soruşdur
məhbəs qapısı (üsyanım sənsən)
xəstəxana otağı  (yaram sənsən)
Taksim meydanı (tənhalığım sən…)
Axtar, tap
Qaç gəl, məni İstanbulda tap
Sən oluram, gülüşün İstanbul
Sən qoxuram, gülüşün İstanbul
Məni İstanbulda tap
Gecələri yuvamız İstanbul
Gündüzləri yurdumuz İstanbul

Çeviren : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(BENİ İSTANBUL’DA BUL)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

İkimizin nəgməsi

 
 
Əslində mən və sən,hər ikimiz
Həmişə beləydik xatirələrimizdə:
Bir-birimizi anlayırdıq,sevirdik
Əslində uşaqdıq,üzü al-al olan
Əl ələ tutan gülən üzlərdik,
Qanı qaynayan çılğın gənclərdik
Sən və mən,gözəlləşən hər ikimiz.

Nə gözəl birlikdə yeriyərdik səssiz
Yeriyişimiz bahar əsintisiydi
Gülüşümüz ağappaq qar üzlüydü
Gözbəbəkləriydi gözlərimiz
İpəkləşirdi cəsur ürəklərimiz
Tək səs duyulardı qucaqlaşmamızda
Sən və mən,ölürdük birimiz.

İstanbul çeşmələrində içtiyimiz
Mələkləri əmizdirən ana sütü kimiydi
Sevda məclisində oxuduğumuz şeirimiz
Dağların,daşların,ağacların
ve Quşların ürəkləri və əlləriydi
Hər ikimizn yaşadığı xoşbəxtlikdi
Hüzuru çağırırdı gecədə,sözlərimiz.

Baxışmalarımızın əsəri səadətimiz
Səni və məni yedi təpə gəzdirirdi,
Əllərimiz qanadlanırdı,gözlərimiz
Uçururdu təpədəki Galata qalasından
Şeirdəki Qız qalası evimizə;xəyallarımız
Sənlə mən könül dünyasına girərdik
Günahsız eşqə qovuşmaqdı,niyyətimiz.
 
Çeviren : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(İKİMİZİN TÜRKÜSÜ)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

BƏS?


 
Bəs gözəl günlərdə yanımda olacaqdın
Niyə yanımda deyil də sənin incidənin yanındasan?
 
Bəs mənə doğruları söyləyəcəktin?
Niyə hələ də yalan söyləyirsən?
 
Bəs əllərini əllərimə verəcəkdin?
Niyə əllərini başqa əllərə təslim etdin?
 
Bəs gözlərin rəqs edəcəkdi,gözlərimlə?
Niyə xəyanət edirsən mənə,gözlərinlə?
 
Bəs birlikdə başlayıb,çatacaqdıq birlikdəliyə?
Niyə çılğın kmi qaçırsan,sənin olmayan gələcəyə?
 
Çeviren : Ayşen Savadova

Çalışma : Cenan Bayramoğlu

(HANİ?)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

CƏSUR ÜRƏKLƏR GƏRƏK


 
Həyatın aydınlığı, niyə çevrilir qaranlığa?
Qədər desən deyil!
Kor qaranlıq sistemdə
yaşanılan və yaşadılanlar.

Bir dost əli yoxluğunda,
Bir ümid əksikliyində,
Yaşanılan sonsuz kədərlər,
Tərtəmiz ürəklərə yaşadılanlar.

Gənc fəryadlara eşlik edən,təkcə
Qağayılar və dalğalar…..
Bir addım əvvəli,qapqaranlıq sonrası.
Ödənəcək həyatla,gecələr boyu yaşadılanlar.

İnsanın insana yadlaşması,
Qaraldılan həyatlar,
Əl toxunulmamış duyğular
və Sonsuz kədərlər,gənc ruhlara yaşadılanlar.

Qara torpaq,səssiz bir nəfəs,
qaralan gecədə fəryad-fəryada bir ürək.
Yaşayan ölülərlə çatılmayacaq….
Cəsur ürəklərlə sonlanacaq,yaşadılanlar

Çeviren : Ayşen Savadova

(CESUR YÜREKLER GEREK )

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

SƏHƏRƏDƏK


 
Ürəyimə dəyən ,gözlərinmiydi yoxsa sözlərin?
Heç bitməyən söhbətimizdə, dünən gecə,səhərədək.
 
Məni sevindirən,sənin varlığınmıydı bir bilsəm
Röyamda sakin addımlarla gəzən və səadət saçan,səhərədək.
 
Bir bilsəm ;gözəlliyinmiydi,yoxsa canayaxınlığınmı?
Məni belə xoşbəxt edən.Bir sən bir də mən,səhərədək.
 
Gözlərin gözlərimdə,öpüləsi əllərin əllərimdə;bizlərmiydik?
Leyla ilə Məcnun kimi ulduzlarda gəzən,səhərədək.
 
Çeviren : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

( SEHERE DEK)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

NEYLƏYİM


 
Neyləyim günəşin aydınlığını sən olmayınca
Ulduzların könül oxşayan mahnılarını.
 
Neyləyim əllərini tutmadıqca,ruhunu özləmədikcə
Könlünü ələ almadıqca,sənin.
 
Neyləyim mən,nəfəsim nəfəsinlə birləşmədikcə
Ürəyim ürəyinlə döyünmədikcə.
 
Neyləyim nəfsimi sənlə yenmədikcə,
Gözlərimi,gözlərində yaşatmadıqca.
 
Neyləyim dodaqlarındakı qönçə gülü
və səni, bal dadan dodaqlarını öpmədikcə,

Çeviren : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(NEYLEYİM)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

XOŞBƏXTƏM


 
Əllərimi möhkəm tut,incimərəm.
Deyərəm ki,dürüstcəsinə,Məcnunam.
 
Gözlərimi həbs et,səs çıxartmaram
Deyərəm ki,dəcəlcəsinə , sərxoşam.
 
Ürəyimi qucaqla,utandırmaram.
Deyərəm ki,ərkəkcəsinə,vurulmuşam
 
Azadlığımı al,inan ki deyinmərəm.
Deyərəm ki,içtənliklə,XOŞBƏXTƏM!

Çeviren : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(MUTLUYUM)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

ƏLLƏRİN


 
Mən sənin eşqini
İlk əllərində hiss etdim.
Şirin istinə hər toxunduğumda
Eşqini əllərimə həbs etdim.
 
Əllərin.Ah! O əllərin;
Yoxsa buna eşqmi deməli?
 
Əllərinmiydi yoxsa gözlərin?
Məni sənə gətirən.
Əllərin əllərimə toxunduğundan bəri
Gizlincə yuxularıma girdin.
 
Əllərin.Ah! O əllərin.
Yuxularımı heç tərk etmədi.

Çeviren : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(ELLERİN)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

KÖNÜL QAPISI


 
Gecə quşlar gəlməz oldu uzun zamadır.
Könül qapısı açılmaz oldu,niyədir?
Ay dolunay olmayalı,gecə yollar
Yerinməz oldu,iztirablı ürəyimdir.
 
Kilidimi qırmağa könlüm əl vermədi.
Könül qapısından varlığım sığmadı.
Heyhad!Yaşadığımı zənn edərdim
Son dəmlər yaralı,özüm özümü tapmadı.

Uyğunlaşdıran: Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(GÖNÜL KAPISI)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın