Kabuslarım

Gecələrimdə yaşadırdım xəyallarımı,
Qorxularımı və narahatçılıqlarımı.
Huzurumdan başqa itirəcək
Heç nəyim qalmamışdı, sevdiyim.

Ümidlərim, möhkəmcə qucaqlamış,
Gözlərinə gizlənmişdi, gizlincə.
Günlərim mənasını itirmiş,
Xəyallarım axirət günüydü hər gecə.

Könlüm, kabuslarımın əsiriydi.
Qorxaqların igidlik əfsanələrində
Yad edildiyi günlər artıq çox gerilərdə.
Vijdanım keçmişimin təslimiydi

Yuxusuz gecələrin əvəzini verəcəm.
Narahatçılıqlarım paramparça, sevdiyim.
Qorxularım gecələrimin can yoldaşı
Sevdan qorxularımın amansız sirdaşı.

Çətin zamanların igid insanıydım.
Daldığım yuxudan oyandığımda,
Kölgəsi boyunu keçmişlərin düşməniyəm.
Kabuslarımı bəzəyəcəyik sevdayla !

Uyarlayan : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(KABUSLARIM)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Ümidimlə…

Özümü görürəm,özümün kənarındayam.
Meşədəyəm, yox olan ağaclara ağlayıram.
Qapqara qaranlıq içindəyəm
Düşünürəm, eşidirəm ağacları.
Eşidirəm xaricimdəki məni,
Görürəm səni, gül bəyaz üzünü.
Hər səhər ürəyimə sıxılır
Qapqaranlıq güllə, hiss edirəm.
Qulaqlarım eşitmir, sıxılan fəryadları.
Özümün kənarındayam, görürəm.
Eşidir və üsyan edirəm.
Bilirəm, başa sala bilmirəm.
Xəyal edirəm, düşünürəm səni, ümidimlə…

Zorluqlarla dolu,dopdoluyam.
Aydınlıqdan uzaq bir yerdəyəm,
Qaranlığı qarışıq etmişəm yuxularıma.
Qapqara güvənsizlik duyğularıma
Şübhəliyəm özümdən, qaranlıq yerdəyəm.
Dünənin doğrularını, yanlışlayıram.
Qorxuram, yarının doğrularını
Bugündən yanlışlamaqdan.
Okean damcıları olmaq istəyirəm,
Qucaqlaşmaq istəyirəm, rüzgarla
Nə yazıq! Buxar olduğumu anlayıram.
Kədərdə və iftixarda parçamı istəyirəm
Qucaqlaşmaq və paylaşmaq səninlə, ümidimlə…

Uyarlayan : Ayşen Savadova

(Fotoğraf : Çetin Bayramoğlu)

(UMUDUMLA)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Sən bənsin, sən mənimsən

Yeni günlə doğan can mənəm
Yeni günlə doğuran canan mənəm
Eşqi yaşayan, çılğın gecələrdə
Eşqə tustaq olan, sənsiz gecələrdə
Yeni günlə eşqə mərhaba deyən mənəm.

Qorxmayan, eşqi yaşamaqdan
Qorxmayan, atacağı addımlardan
Varlığı, yoxluğu paylaşmaqdan
Susuzluqdan çatlayan dodaqlardan.
Dodaqlar mənəm, addımlar mənəm
Həyat mənəm, eşq mənəm.

İnanan mənəm, Sevən mən,
Paylaşan mənəm, Sevdan mən
Bölüşən mənəm, Sevdiyin mən
Baxışlarındakı ümid mən
Gözlərindəki dirənən mən
Yaşadığın qarma-qarışıq duyğular
Sevgi dolu baxışlar
Ürəyindəki açıq qapılar mənəm.

Sənə çatmağa çalışan mənəm
Sevdiyimsən, unuda bilmədiyim
Gözəlimsən, doya bilmədiyim
Özəlimsən, toxuna bilmədiyim
Kədərlərimsən, qoruya bilmədiyim
Zindanlardakı gülümsəməmsən
Meydanlardakı hayqırışımsan
Sehrinə qapılan, O iştə mənəm.

Eşqlərimsən (ürəyimdə yaşayan)
Ümidlərimsən (röyalarımda nəfəs alan)
Yaşadıqlarımsan (gecələrimdə gəzən)
Yaşatdıqlarımsan (gündüzlərimə soxulan)
Dirənişimsən (zülmə qarşı qoyan)
Dünyamsan (ətrafımı əhatə edən)
Tənhalığımsan (yatağımı paylaşan)
Sən mənimsən,sən mənim.

Uyarlayan : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(SEN BENSİN , SEN BENİMSİN)

Azerbaycan Türkçesi içinde yayınlandı | , ile etiketlendi | Yorum bırakın

Emek

Aşka emek ver,
Sevgisi güçlü olsun.

Münevverdir,
Emek verilen çocuk.

Ağaca emek ver,
Meyvesi bol olsun.

Vatandır ,
Emek verilen toprak.

İşine emek ver,
Mesleğin verimli olsun.

Çağdaştır,
Emeği gözeten kuşak.

13.10.2010 İstanbul
03.08.1980 İstanbul

Fotoğraf :Çetin Bayramoğlu

Politik şiirler içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Nə zaman sənə gəlsəm

Nə zaman sənə gəlsəm İstanbul qədər çoxdun
Özünə də bəs edirdin,mənə də….
Səninlə birliktə mən də çoxalırdım
Üzümə gülümsəyirdin,ürəyimə də
Səninlə mən uşaqlaşırdım
Səninlə mən xoşbəxtidim,huzurluydum
Gözlərində oxuduğum bir şey vardı
Məni başa sala bilmirdin,biri vardı….
Nə zaman sənə gəlsəm məni qucaqlıyırdın
Amma susurdun,susurdun,susurdun
Sənə aşiq idim,bilirdin,sən yenə susurdun
Mən isə yalnız məni sevməyini istəyirdim.

Uyarlayan : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(NE ZAMAN SANA GELSEM )

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Küknar ağacının qışqırığı və ya HES qiyaməti

061

Torpağa möhkəmcə tutunmuş küknar ağacıyam
Təpələrdən təpələrə
Vadilərdən vadilərə
Dolu dizgin adlayan.
Şimal rüzgarlarına
Gecə-gündüz,yaz-qış,
Min illik dostluqla qucaqlayan
Öpüb-öpüb qoxlayan küknar ağacıyam…..

Sərt rüzgarlara dirənən
Qayaları sökən,damları uçuran,
Qapqara rüzgarlara
Tərpənmədən dirənən küknar ağacıyam….

Bu torpaqların dəliqanlısıyam,
Bu torpaqların xass övladıyam,
Tünd-qırmızı torpağı yurd edinən,
Tarixdən gəlib tarixə yol alan
Könlü qırıq,boynu bükük küknar ağacıyam….

Yaralıyam,
Qanım axır axar sularda,
Palçıq-palçıq qanım,
Qatranım axır dəli-dolu sularda
Sızım-sızım qanım.
Tacım: başı əyrı.
İynələrim: canı itik.
Səltənətim: qalası düşük….
Tarixdən gələn,tarixə yol alan küknar ağacıyam.

Talanan,kəsilib yox edilən
Dilim-dilim,parça-parça….
Şimal rüzgarlarına boyun əyməyən,
Vəhşi soyuqlara əl-aman deməyən,
Toxumunu,fidanını,sürgününü
Yox edən canavarlara,zalimlərə
Körpəsini qoruyan anayam.
Anadolunun Koroğlusu,küknar ağacıyam.

Budaqlarım,qollarım quruyan,
Çarəsizlikdən kor quyulara ulayan,
Bağrı yanıq,gözü yaşlı küknar ağacıyam.

Eşidin səsimi.
Durdurun sədləri,
Durdurun bəndləri,
Barajları,kanalları….
Durdurun HES’ləri.

Uyarlayan : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(LADİN AĞACININ HAYKIRIŞI veya HES KATLİAMI)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Eşqimizdə

Zamanı tərsindən axıdırıq eşqimizdə,
İkimizi də qabağına qatır,eşq dəqiqələri.

əllərimiz qovuşanda,üzümüz güləndə….

Sevda fırtınalarını bölüşürük eşqimizdə,
Ürəyimizə dəyir,sevgi ildırımları.

gözlərimiz qovuşanda,huzurumuz davam edəndə….

Vulkan püskürmələri yaşayırıq eşqimizdə,
Ürəyimizi qucaqlayır,sevda lavaları.

xoşbəxtliyimiz çoxalanda,yuxularımız bölünəndə…

Rəngarəng çiçəklər tumurcuqlanır eşqimizdə,
Gözəlliklərimiz yaşayır,tutqu sabahları.

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Aşkımızda


Zamanı tersten akıtıyoruz aşkımızda,
İkimizi de önüne katıyor, aşk dakikaları.

Ellerimiz kavuştuğunda, yüzümüz güldüğünde…

Sevda fırtınalarını paylaşıyoruz aşkımızda,
Yüreğimize değiyor, sevgi yıldırımları.

Gözlerimiz buluştuğunda, huzurumuz sürdüğünde…

Volkan patlamaları yaşıyoruz aşkımızda,
Yüreğimizi sarıyor, sevda lavları.

Mutluluğumuz çoğaldığında, uykularımız bölündüğünde…

Rengarenk çiçekler tomurcuklanıyor aşkımızda,
Güzelliklerimiz yaşıyor, tutku sabahları.

16.09.1998 İstanbul
08.03.2012 İstanbul

Fotoğraf : Çetin Bayramoğlu

Sevda şiirleri içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

İstanbul sabahları

Bir quş qanad çırpar
Ürkək ürkək atar zaman
Nəfəs nəfəs qoxar Haliçdə an
Avazı çıxanadək bağırar
Günəş və İstanbul buludları.

Bir cüt əl qovuşar
Bir cüt göz tusdaq olar
Bir gəmi əl sallar Haliçdə
şirin şirin gülümsəyər
Qanadı açılmış İstanbul insanları.

İstanbul sabahında zaman dayanar
Nəfəslər tutular
Sevgi axar damarlarda
Gülüşlər doğar baxışlarda
Xoşbəxtlik açar İstanbul küçələri.

Bir cüt çiçək qovuşar qar altında
Tumurcuqlanar gözyaşları
Tumurcuqlanar qar dənələri
Könüllərə ulaşar xoşbəxtlik və huzur
Günəşə ulaşar İstanbul sevdaları.

Bir quş qanad çırpar
Bir quş ürəyə qonar
Bir quş ağappaq uçar
Sarıb sarmalayar ümidləri
Quş qanadında İstanbul sabahları.

Uyarlayan : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(İSTANBUL SABAHLARI)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Gözəl ölkəm

Uşaqlığımın sehri yox olmamış
Yuvası bildiyim ölkəm.
Nə zaman taxta atımdan düşsəm
Oğul oğul kədərlənir:
Sinəsində yatdığım anam,
Çiynində yüksəldiyim atam.
Rəngləndirir röyaları
Şirin dilli nənəmin nağılları.

İgidlərimin ər meydanlarında
Xırman olan ölkəm.
Nə zaman bir Ah! çəksəm
Gur-gur dillənir:
Dağların zirvələrindəki buludlar
Dənizlərin sahillərindəki dalğalar.
Coşdurur ürəyimdəki şövqü
Müqəddəs bildiyim vətən eşqi.

Gəlinlərimin xınalı əllərində
Tülbənd olan ölkəm.
Nə zaman dərinlərə qərq olsam
Yağış yağış yağır:
Ulduzları göy üzündəki
Çicəkləri yer üzündəki.
Sağaldır ruhumdakı fəryadları
Ağ saqqalı dədəmin nəsihətləri.

Uyarlayan : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(GÜZEL ÜLKEM)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın