Qağayılardakı bu qorxu,niyədir görəsən?
Küçə pişiklərinin narahtçılığı bəs?
Günəş gizlənmiş pərdələrin arxasında.
Söyləyin,söyləyin onlara: Toxunmasınlar.
Küçələrdə gəzən qatil üzlər.
Qaranlıq köşələrdə xain tələlər
Evlərdə yaşadılan qaranlıq xatirələr.
Söyləyin,söyləyin onlara: Qaralmasınlar.
Vicdanlar yerlə bir,insanlıq can verir
Zindanlar can alıb,ölüm toxumları əkir.
Alçaq siyasətlər könül çiçəklərini əzir
Söyləyin,söyləyin onlara: Alçalmasınlar.
GÖZYAŞLARI

Rəng-rəng olsa da gözlər
Həmişə eynidi gözyaşları.
Kimi sevincdən ağlayar
Axar gözyaşları,şirin-şirin.
Kiminin kədərdəndir ağlaması.
Axar gözyaşları acı-acı….
Sevdaları şirin-şirin ağladanlar;
Söz məclisdən uzaq,inciməsinlər.
Sevdaları acı-acı ağladanlar;
Söz tətikdə,yanıma yaxınlaşmasınlar.
Çeviren : Ayşen Savadova
Fotoğraf : Çetin Bayramoğlu
(GÖZYAŞLARI)
SEVDA DƏYİŞİKLİKLƏRİ

(I)
Bənzəməz kimsə sənə.
Sən,sən olsaydın
Bənzəsəydi kimsə sənə
Sən,sənsən mənim üçün
Bənzəmədiyindən kimsə sənə.
(II)
Ah! O sevgi, o ıstırap
Zidiyyətlərin uyğun cütlüyü
Dəli edir dəli,məni.
Sevgi yandırar səni,məni.
Dəli edər məni, o iztirab.
(III)
Qəlb qırmaqdansa qəlb qazanmaq:
Yaşamağımın əsas mənası budu.
Qəlbi,qəlblə sevib-sevib əzizləmək:
Sevdalarımın əsas qidası budu.
Çeviren : Ayşen Savadova
Fotoğraf : Çetin Bayramoğlu
(SEVDA ÇEŞİTLEMELERİ)
Qaranlığımsan, Axtardığımsan

Ucsuz bucaqsız dərinliklərdə
Gizlənən əsrarəngiz,qaranlıqüzlüm.
Mən sevda,mən ağıl,mən maddə.
Sən keçmişimdəki bilinməyən gülüm.
Gücümün ayrılmayan digər parçası,
Qaranlıq tülbəndli,bilinməyən yoldaşım,
Maddəmə özgə,savadıma yad qapısı,
Nazlı gözəlim,mazidəki karandaşım.
Həbs et qaranlığına,işığımla məni.
Boşluğumdakı ruh varlığım,
Niyə özündən uzaqlaşdırırsan məni?
Köşə qovalamacalarından bezdim.
Uzaqlaşarkən sonsuza,uzadırsan
Yaradılmış ilk günki birliktəliyimizi.
Alın yazımızı tükətərək dəyişdirisən,
Qaranlıq dərinliyinə həbs edərək sevgimizi.
Çeviren : Ayşen Savadova
Fotoğraf : Çetin Bayramoğlu
(KARANLIĞIMSIN, ARADIĞIMSIN)
TORPAQÜZLÜ QADINLAR…
Qucaq dolusu eşqdən yaradıldıq,
Doğulduq,nəfəs aldıq,
Əmizdirildik,torpaqüzlü qadınlarca.
Buğda qoxladıq,günəş topladıq,
Doya-doya su içtik, çeşmə başlarında
Sevdalandıq,torpaqüzlü qadınlara.
Gün gəldi köç eylədik,
Alın təri tökdük, bir əkmək uğruna.
Puşt zulasında bıçaq saxladıq
Kor quyulu zindanlarda.
Sevda məktubları oxuduq
Qışlaqların kuytularında.
İsti tenli siqaretlər tüttürdük
Torpaqüzlü qadınlara.
Oğul verdik,qız aldıq.
Uşaq verdik,səadət aldıq.
Gün gəldi kədərləndirdik,gün gəldi kədərləndik,
Uzaq durduq, torpaqüzlü qadınlara.
Min bir and içdik,tuta bilmədik;
Qar çiçəklərini vasitəçi qoyduq.
Torpaqdan gəldik,nəhayət döndük torpağa.
Min bir minnət,min bir şükran,
Bizi qucaqlayan,sevib qoxlayan,
Torpaqüzlü qadınlara…
Çeviren : Ayşen Savadova
Resim : İbrahim Balaban
(TOPRAK YÜZLÜ KADINLAR)
Çiçəyim
Xoşbəxtəm bugün,çiçəyim
İstanbul qədər xoşbəxt olduğum üçün,
Mübarek bir gündəyəm bugün,gözəlim
Xoşbəxtliyimə bir toxum əkərsənmi?
Gülümsəyərək,günəşim
Köhnə İstanbul bulaqlarından
Soyuq suları bilə-bilə içərəm
Narin əllərindən,gül gözəlim.
Xoşbəxtliyimə bir fidan əkərsənmi?
Gülümsəyərək, varlığım
Çeviren : Ayşen Savadova
Fotoğraf : Çetin Bayramoğlu
(ÇİÇEĞİM)
Şeirlə Doluydum
Bir gözucu salamlayıb yoluna davam etdin.
Bilirsənmi ürəyimə ox kimi dəydiyini?
Möhtəşəm yağışa,küləyə sovrulan damlalarla
Təslim olduğum aşinadır, gözlərindəki oxlara.
Hazırlıqsız tutuldum; həyatın gətirdiklərinə
Ki gələcəyin bəlliydi; sevdalandım gözəlliyinə.
Bilirəm həyatın gətirdiklərindən incinməyin
Mənasızlığını və ümidsizliyə qapılmağın
Gözləri oxuyacaq qədər təcrübəliyəm ;oxudum
Sən xoşbəxtliyi axtarırdın,mənsə şeirlə doluydum.
Bir nəfəs alışı qucaqlayıb yoluna davam etdin.
Dərk edirsənmi,gecələrimə sonsuzadək yerləşdiyini?
Çeviren : Ayşen Savadova
Fotoğraf : Çetin Bayramoğlu
(ŞİİRLE DOLUYUM)
AY GÖZEL
Dolunay gecəsində xoşbəxdik,ay üzlü sevgilimlə.
Günlərdir davam edən həsrətimizi,yox edən hisslərimizi
qucaqlayan,busələrimizi bəxş edirik bir-birimizə.
Yol yorğunluğu oxunur üzündə,
sarı,sapsarı ay üzlü sevgilimin.
Mən həyəcanlı və narahat ; O qayğıkeş və sakit.
“Birazdan özümü ələ alaram”dediyində
minlərlə ulduz peyda olur,gözlərimin dərinliyində.
İkimizi əhatə edən qəlbimizdəki musiqi,
ayrı keçən gecələrin,yuxusuz yaralı havasnı yox edir.
və bir-birimizə minlərlə yalan söyləyirik
tuta bilmədiyimiz və tuta bilməyəcəyimiz.
Üzünə qarşı söyləyirəm;əsəbləşir.
Etiraz edir,yenə də mənə yalan söyləyir.
And içir,qalacağını söyləyir amma
səhər açılanda gedəcəyini bilirəm.
Bakır mavisi gözləri ay üzünə yansıyır.
Mən sərxoş və qızılı saçlarına vurğun.
“səni sevirəm” deyəndə,
qıpqırmızı dodağından tökülür sözləri :
“Bəlkə bir müddət görüşə bilmədik amma
səni həmişə sevdiyimi bilməyini istəyirəm “.
Və mən hər gecə tək-tənha gecələrimdə
Göyüzünə baxa,baxa ay üzlü sevgilimin
mənə geri qayıtmasını gözləyirəm.
Çeviren : Ayşen Savadova
Fotoğraf : Çetin Bayramoğlu
(AY GÜZEL)
Haliçdəki yelkənlər fora
Haliçdəki yelkənlər,
Günəşə qaçaraq gedirlər.
Qağayılar səs-səsə,
salamlar göndərirlər,gəmilər.
Pupa yelkən sevgi gətirir,
Haliçtdəki yelkənlər,
İstanbul sevgililərinə.
Hardan gəlib,hara gedərlər?
Bilinməyən yerdən gəlir
Uzaqlardaki sevgilərə
Qucaq dolu çiçəklək tökər,
Haliçdəki yelkənlər,
İstanbul aşina gözəldir.
Haliçdəki yelkənlər fora.
Çeviren : Ayşen Savadova
Fotoğraf : Çetin Bayramoğlu
(HALİÇ’TE YELKENLER FORA)
Xəyallar
Xəyallar baş qaldırar
Kimi zaman,ürəyimdə
Bir quş qanad çalar,
Sinəmdəki canevimdə
Xəyallar oyanar.
Xəyallar müqəddəsləşer
Sevərək,sevilərək
Dünyayı dəyişdirmək zamanıdır
Müjdələnərək
Xəyallar yaşanar.
Xəyallar,tumurcuqlanar,
Gülümsəmələr
Ki,cənnətə çatdırar.
Ah! O xəyallar,xəyallar
Gözyaşlarında yaşadılar
Uyarlayan : Ayşen Savadova
Fotoğraf : Çetin Bayramoğlu






