Ürkək və Yaralı Ceyran

İllər,illər əvvəl,
Dəliqanlığımın ilk səhifələrində,
Bir yaz başlangıcında rast gəldim O’na.
Saralmış daşdan dədə evinin torpaq damında
Ürkək və yaralı Ceyranıma.
Hər səhər işıl-işıl gün doğanda,
Dədə evinin gül qoxulu eyvanında
Ürkək və Yaralı Ceyranımı seyr etmək
Yaşamaq sevincim oldu,bir anda.

Günəşə mərhaba deyən ağaclar,
Eyvanı və Ceyranımı qoruyan asmalar,
Utanqac qanad çırpan göyərçinlər kimi
Ürəyim-ürəyim atan məni saxlar
və Mən; ürkək və yaralı Ceyranımı,
Məsum uşaqlığımızın sevgisini izlər,
Gecələri yuxularıma həbs edərdim.
Gözəlliyilə ürkək və yaralı Ceyranım
Yuxularımda taxt qurmuş,
İri ceyran gözlərinin işıltısında
İlk gəncliyimin həyəcanlarını yaşayır,
Göyüzündə,yusuftutan quşlar kimi
Dədə evinin üzərində uçar,uçardım.

Suya həsrət torpaqlarda Ceyranım üçün;
Gül üzünə bənzəyən güllər yetişdirər,
Kiçik xoşbəxtliklərlə kifayətlənən,
Sevgiyə ac dəliqanlı ürəyimin
Ən gizlin sevda köşələrində
Onunçün bülbüllər bəsləyərdim.

Dəryalar kimi şəffaf gözəlliyi,
Uzun incə ayaqları,qıvraq vücudu,
Alımlı bədəni və ceyran ürkəkliyi
Gözlərimin içinə həbs olmuş;
Unuda bilməz,unutmaq istəməzdim.

Günlər,günlər boyu ürkək və yaralı
Ceyranımı izlədim;yoxluqdan gəlib
Qara tənhalığa,başlıq pulu uğruna
Məhbəs edib məsum gözəlliyini.

Özünü tutsaq edən evin damında
Sevməməyin və sevilməməyin tənhalığını
Öz tənhalığı ilə paylaşardı.
Və Mən, daş qəlbli divarların ardında,
Gül qoxularını özümə sipər edib
Ürkək və yaralı Ceyranımı izləyərdim.

Tənhalığın dörd divar arasındakı zindanında,
Qapqara gecələri yaşamaq məcburiyyətində qoyulan
Ürkək və yaralı Ceyranım günəşə çıxanda
Uzaqlara,suya həsrət ovaya,
Ömrünün ilk illərini paylaşdığı
Anasının,atasının və qardaşlarının yaşadığı
Arıpətəyi evlərə baxar və onlara
Qorxunc səssiz fəryadlarını yollayardı.

Hər ikimiz də ürkəkdik ;
O yaralı və tənha Ceyran,
Mən isə yaralı ceyranıma Məcnundum.
Mən bağçanın daş divarları arxasında,
O,bir ovuc yaşamın sığınağında,
Bu utanqac qovalamacanı birlikdə yaşadıq.

Ta ki ürəklərə dərt düsürən
O qəmli hadisə yaşananadək.
O sabah,qaçaq sevdamıza
Gözətçilik edən qara üzümü salxımı boyun əymiş
Açan güllər yarpaqlarını tökmüşdü.
Daş divar fəryad-fəğana düşmüş,
Ürkək və yaralı Ceyranım
Gedilib də dönülməyən yola
Zamansız və mənsiz çıxmışdı.

Daş eyvanı alqırmıyı qana bürünmüş,
Ürkək və yaralı Ceyranımın yarı açıq gözləri
Ürəyimə bir ox kimi sancılmışdı.
Balaca ağzı,Ceyranımın qədərini damcıladır,
Və mənim dəliqanlı gözyaşlarıma qarışırdı.
Nə Ceyranımın səsi çıxırdı,
Nə də mənim səsim-səmirim yaşayır.
Hıçqırıqlarım gözyaşlarımda gizləndi
və Mən, ürkək dəliqanlığımı,
O gündən bəri ürəyimə həbs etdim.

İllər,illər sonra,
Qocalığımın son səhifələrini yaşadığım zamanda,
Xatırladım O’nu bir yaz başlağıcında.
Və Ürəyimi sızıldatan sualı verdim özümə
İntiharmı yoxsa qəzamı?
Bir bilinməzdi,yaşandı və qısa bitti

Çeviren : Ayşen Savadova

(ÜRKEK ve YARALI CEYLAN )

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Bilirəm

Keçmiştəki mən, artıq mən deyiləm
Bugünkü mən, sən və mənəm
Sabahki mən, mən olmayacam
Amma indiki mən, sənəm bilirəm

Dünəndə qalan sən, döyünən qəlbim
Bir də fikrimdəki sən və mənəm
Sevən mən, sevilən sən
Olandan sonra, mən sənəm bilirəm.

Birdənəm, gülən gözəlliyim
Qəlbimdəki sən, qəlbimdəki mənəm
Tək olan mən, tək olan sən
Mən sən olacam, sən də mən bilirəm

Çeviren : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(BİLİRİM)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Bir Damcı Olsaydım

İndi gecənin ən sakit çağı
Səhərə çox az qalb
Günəş ha qalxdı,qalxacaq
İstanbul al-əlvan
Məscidlər,körpülər və Haliç
Bəs o gözlərin,bəs o gözlərin?
Al-əlvan o gözlərin.

Ay səmada,Ay dolunay
Parlaq görünüşüylə möhtəşəm
Ətrafında ulduzlar sayrışır
Al-əlvan boyanıb səma
Və od kimi toxunur əllərimə.
Bəs o əllərin,bəs o əllərin od kimi o əllərin

Rahatlıq və səadət sayrışır
(bir damcı olsaydım,öpsəydim gül üzünü)
Dövrəyə almış dörd bir tərəfimi
Səssizlik ney və tarı götürmüş
Yavaş-yavaş yol gedir
və sənlə mən sakit,gecə sakit
İndi İstanbulun ən sakit çağı

Çeviren : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(BİR DAMLA OLSAM)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

İstanbul al-əlvan

İstanbul al-əlvan,səssiz və sakin
İstanbulun əlvanlığı sənin gözlərində

İstanbul göz-gözə,nəfəs-nəfəsə
Arzulu gecədə mən səninlə əl-ələ

İstanbul büsbütün yağış içində,
Dodağın dodağımda,gül üzün əllərimdə

İstanbul bu gecə çox yorğun
Mən sakinəm,səninlə bu gecədə

İstanbul yaşamadı belə coşğun bir gecə
Nə keçmişdə,nə indi

Çeviren : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(İSTANBUL IŞIL IŞIL )

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Qönçələr zamanı

İstanbulda rast gəldim sənə,
Bəyoğlunda,1 məhəllədə.
Sən mənə baxırdın,mən sənə.
Ürəklərimiz dəli kimi döyünürdü,
İstanbulda,Qönçə məhəlləsində

Qəlbimin səadəti,baharımdın
İşığımdın,bilirdin;sevdiyim ən son qönçə idin.
Mən səni arzulayırdım,sən məni
Birgə yaşadıqlarımız
Xatirələrimdə;hamısı qönçə kimi.
İstanbulda rast gəldim sənə,
İllər,illər sonra.

Gözlərindən anladım;
Gələcəktin mənə payızda.
Gözlərin qönçə
Dodaqların qönçə
Gülüşün qönçə
Qönçələr zamanı rast gəldim sənə
İstanbulun tənhalığa bürünmüş
Bəyoğlu məhəlləsində

Çeviren : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(ERGUVAN ZAMANI)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

İstanbul gecələri

Bir duyğu selidir;
İstanbul gecələri.
Verilən busələrin
Qaranquş qanadlarında
Yağış altı xəlvətiliklərdə
(Yağış altda gizli öpüşlərdə)
Yuyunan çırpıntıların ,
Ürəyimizdə yaşatdığımız
İstanbul gecələri.
Bir ulduz yağışıdır;
İstanbul gecələri.
Qütb ulduzunun ulduzlaşdığı
Sevdalarımızın yanaq -yanağa
küçələrində müjd ələndiyı
Haliç kənarı tənhalığına
Təqdim etdiyimiz içkimizdir
İstanbul gecələri.
Bir naməlum gəzintidir
İstanbul gecələri.
Qağayı qığıltıları ilə birgə,
Camilər, körpülər, qədim tarixlər
Bu günümüz və gələcəyimiz,
Zanbaq qoxulu gəzintilər,
Sevdamızın aydınlanmağıdır
İstanbul gecələri.

Çeviren : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(İSTANBUL GECELERİ)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Qadın

Başlanğıcda yalnız bir rəng çiçək vardi;
Qadının nəfəsi toxundu,
Min bir rəngli çiçək açdı.

Günəş bircə rənglə parlayardı;
Qadının sevgisi
yeddi rəngi işıqda yaratdı.

Bülbül qadını qısqanar:
Niyə məndən gözəldir?
Cəh-cəh vurub ötməsi qadındandır, bılməyir.

Deyirlər ki,
Dünyanın bütün çoçuklarını
Yalnız qadınlar qucaqlayar.

Çeviren : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(KADIN)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Toxun mənə

Bir toxunuş; həyata salam,
Gözlərim açılsın, qoruduğunu hiss edim.
Toxun mənə.
Gözlərin gözlərimə yoldaş olsun,
Əllərin varlığıma dost olsun.
Gülümsə mənə.
Həyata axan günəşə, pəncərə önündəki çicəyə.
Toxun mənə.
Uzaqlarda axtarma,
Bircə toxunuş uzaqdayam.
Uzat əlini mənə.
Bir toxunuş; sərbəstliyə,
Dörd divar arasında qalan cəsur ürəyə,
Toxun mənə.
Yaşayım gözəlliyini,
Səhvlərimi düzəldənim,
Sarıl mənə.

Çeviren : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(DOKUN BANA)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Var olsun Cumhuriyyət

Qara buludları yox etdik;
Mehmetçiyimizin arxasından getdiyi
Mavi gözlü,sarı saçlı Liderimizlə.
Sonsuzadək barışdırdıq;
Ağlımızı,vicdanımızla.
Anadolumuzu İstanbulumuzla,
Qovuşdurduq;
Şəhərlimizi,kəndlimizlə.
Ulduzumuzu ayımızla bayraqlaşdırdıq
Məntiqimizi,ürəyimizlə.
Milli müstəqilliyi taclandırdıq;
Və dahi,az vaxtda çox işlər bacardıq;
Yeddi cahana qarşı,yeddi canlı
Cümhuriyyətimizlə.
Biz Cümhuriyyəti çox sevdik;
Demokratiyanı da.
Səksən yeddi il əvvəl,
Cümhuriyyətimizi elan etdi;
Kimsəsizlərin kimsəsi,
Türk millətinin zirvəsi

Uyğunlaşdıran : Ayşen Savadova

(YAŞASIN CUMHURİYET)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Həyatdan yapışmaq

Problemlərin masmavi döşəyində,
Qan qoxulu şimşəklərin müşaiətində,
Övladlarıma can verdiyim evimdə,
Daşlaşan bədənimi itirirəm,
Qara atlıların var olduğu gecədə.
Zillənmiş qan çanağı gözlər üzərimə,
Sümüklü əllər sarılmış ürəyimə,
Son qeyd yazılmış əməl dəftərimə.
Ürəyim,
Döyünür ürəyim,
Öldüm,öldüm dirildim,
Uğursuz gecədə.
Son telkinler divarlara asılı,
“La ilahe illallah ” ürəyimdə yazılı.
Ürəyim döyünürmü? Bilmirəm.
Beynim yaşayırmı? Söyləyəmmirəm.
Özümü,özümdə hiss edəmmirəm.
Qırmızı paltarlı,gül qoxulu qızım.
Çənlərin arxasından süzülən varlığım.
Döşəyimdəki qəbrimə uzadır əlini.
“Anacan,bıraxma məni” sözləri,
Həyata geri qaytarır,bədənimi
Ürəyim,
Döyünür ürəyim,
Öldüm,öldüm dirildim,
Uğursuz gecədə.

Çeviren : Ayşen Savadova

Fotoğraf : Cenan Bayramoğlu

(HAYATA TUTUNMAK)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın