HAYALLER

Hayaller başkaldırır,
Kimi zaman, yüreğimde.
Bir kuş kanat vurur.
Göğsümdeki canevimde
Hayaller uyanır.

Hayaller kutsanır.
Severek, sevilerek.
Dünyayı değiştirme zamanıdır.
Müjdelenerek,
Hayaller yaşanır.

Hayaller tomurcuklanır .
Gülümsemeler
Ki, cennete ulaştırır.
Ah ! O hayaller, hayaller
Gözyaşlarında yaşatılır.

Fotoğraf :Çetin Bayramoğlu

17.11.2010 İstanbul

Sevda şiirleri içinde yayınlandı | Yorum bırakın

Ey Pəri!

Ey Pəri
Şəhidlər qarşısında
Söyləyirəm
Baharda
Sevgiylə
Qəlbimi ələ alan
Gözəlliyin sonsuzadək qalmaz

Əllər üzərində əllərin
Gündüz və gecə şahidlərim ;
O gəlmədi
ama
İnadkarcasına onu gözləyəcəm

Aman ovçu
Zamana ayaq uyduraraq
Ayırma sevgililəri
Aşiq ruh
Əlindəki fürsətləri
Qızıl üzüyə çevirməyə and içdi
Onunla birləşəcək

Gözlər üzərində gözlərim
Gündoğan və günbatan şahidlərim
Səhv etməməyə çalışıram
O gəlmədi ama
Qəflətən o çıxıb gələcək

Uyarlayan : Ayşen Savadova

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

İstanbul

Şərqdir günəşi doğan;
Hər gecə sancılar çəkərək
və Gün boyunca dayanmadan
Yaradaraq yorulan ;
Qərbdir günəşi batıran.
Qədim tarixin can dostu,
Müasir dövrün İstanbul yosması.

Yalnızlıqdır,hıçqıraraq ağlayan ;
Çoxluqdur,Hər məhəlləsi,hər qonağı.
Uşaqlarla dolub-daşan.
Yaşıllığa boyanmış modernizm,
Maviliyə bürünmüş klasisizm
Boğazda və Adalarda
Dənizi və təbiəti yaşayarlar,İstanbulda.

və İnsanlar, qaranlıq düşərkən,
İçlərini boşaldarlar İstanbul məhəllələrində.
İstanbul sakitcə yaşayar ,
Tarixin romantiq damarlarında.

Çeviren : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(İSTANBUL)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

İstanbul qar altında

İstanbulun qarlı yollarında
Gözlər gözlərdə,əllər əllərdə,
Qar dənələri yarın yanağında.
Aşiqlər Bəyoğlu məhəllələrində.
Həsrət dolu sevdalar qol-qola.

İstanbul qar altında.
İnsanlar Boğaziçi gəmilərində.
Ağaclar saflıq altında.
Qağayılar boğaz dalğalarında.
Göyərçinlər məscid həyətlərində.
Pişiklər isə ortalıqda yoxdular.

Qaçaq aşiqlər kinolarında
Ya da Taksim parkı tənhalıqlarında.
Pişiyim,ayaqlarımın altında.
Eh! Bir də yanımda sən olsan.
İstanbul qar altında.

Çeviren : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(İSTANBUL KAR ALTINDA)

Azerbaycan Türkçesi içinde yayınlandı | Yorum bırakın

Gəlməz oldu

Məktubların gəlməz oldu,
Ürəyin mənim üçün döyünürmü?

Kədərin,sevincin,həsrətin,
Kağızdan kəpənəklərin uçmaz oldu.
Dörd divar,dəmir barmaqlıqlar
Çatmaz oldu,gözyaşı qoxulu məktublar;
Qara günəş altındakı sevgilimin.

Həyat sevinciylə dolduracaq,
Gül qoxulu öpüşlərlə ovudacaq,
Qara zindanların dərinliklərində

Məktubların gəlməz oldu,
Günəşin şəfəq saçırmı?

Səssizliyin eşidilməz oldu,
Bir müddətdir,yolunu gözlədiyim
Əlin əlimə dəyməz oldu.
(zindanda su kimidir)
Əlinə dəyən məktublar yetərdi.
(zindanda çörək kimidir)
Həyatın qaranlığı yox olurdu.
(zindanda üsyan kimidir)
Çiçəklər tökülürdü,üstümə-üstümə,
(zindanda inqilab kimidir)
Sənin məktubların gələndə.

Məktubların gəlməz oldu.
Həyatın şeiri yaşıyırmı?

Çeviren : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(GELMEZ OLDU )

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

İstanbulda payız

Mənə səni xatırladır İstanbulda
göyün üzü;dönə-dönə yaşanmış ayrılığı,
İstanbul payızı; vurulduğum
keçilməz eşq məhbəsi.

İstanbulun məhəllələrində inləyən
saralmış payız yarpaqları
üzündəki arzu dolu istəkləri,
öpüləsi göz bəbəkləri gizlədirlər.
Həbs olmuşam gül üzünə
vən mən vurulmuşam gözlərinə
Bir İstanbul payızında.

Sən qaranquş əlvidasında
sənin gülməyini gözləyirəm sevgilim,
Pəncərənin buludlu kölgəsində.

Mənə hər şey səni xatırladır;
yağışlı payız İstanbulu
və məni sənə aparır
Göyün üzündəki buludlar,yoldaşım.

Bilirəm;həyatın sevinci
sənə hiss etdiyim arzular,istəklər,
və sənsiz İstanbul payızı
çəkilməz,yaşanmaz qayğılar.

Bilirəm; bir gün,gələcək
bitirəcək ayrılığı
aydınlıq bir İstanbul payızı.

Çeviren : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(İSTANBUL’DA SONBAHAR)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Gözəl

Səni tanıdım,ağ günlərə çıxdım.
Ağ çobanyastığı bağçasında oyandım.
Səni tanıdım,sənlə dəyişdim.
Ürəyim ağ,düşüncəm ağ; Gözəl.

Səni sevdim,qıpqırmızı sevgi səpdin.
Ağlıma,ürəyimə ümid əkdin.
Alov asiyəm artıq,səninlə Gözəl.
Zəncirə vurulmazdım,sevinc verdin.

Səni itirdim,sənsiz qara geydim.
Səni arzuladım röyamda,gördüm Gözəl.
Ürəyim əsdi,qaranlığa çevrildim.
Rənglər ölümsüzdür,ölümsüz eşqə düşdüm.

Çeviren : Ayşen Savadova

(GÜZEL)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Xoş gəlmisən

Xoş gəlmisən gözlərimin işığı,
Səfalar gətirmisən günəşimin şəfəqi,
Ürəyimin səadət çağı.
Mərhaba eşq hekayələrimin cümləsi,
Şeirlərimin qayğıkeş sevgilisi.

Mən səni ürəyimdə yaşadıram.
Yuxusuz gecələrimdə,
Səni sevgimin qucağna bıraxıram.

Qəlbim səninlə aydınlanır.
Sözlerim səninlə coşur.
Varlığım səninlə var olur.

Gül üzlüm,gündüz həsrətini çəkir,
Tənha gecələrimdə gözləyirəm.
Həsrətini çəkmək deyil səni yaşamaq istəyirəm.

Xoş gəlmisən ürəyimin sevinci,
Səfalar gətirmisən sevgi çicəyi,
Sevda gecələrimin mələyi.
Mərhaba nəfəsimin nəfəsi,
dodağımın dillənən səsi.

Çeviren : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(HOŞ GELMİŞSİN)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Memleketim mənim

Məmləkətim mənim ;
yalanıyla,doğrusuyla xalqım
Şərqində,Qərbində dağlarım.
Şimalında,cənubunda bağlarım,
qarış-qarış torpağım,
Yalnız sənsən sevdiyim,
hüceyrələrim mənim.

Mənim məmləkətim;
həşəratlarıyla
qönçə gülləri,ötən bülbülləriylə,
çiçəklərinin gülüşləriylə
“məni sev”ləri “səni sevdim”ləriylə,
qəflətən getmələriylə,
gedib-gedib gəlmələriylə,
Duyğularım mənim.

Göydən yerə ovuc-ovuc işıqları,
göydəki ulduzları,
göldəki dalğaları,
üsyandakı insanları
səngərdəki əsgər məktubları
məktəb qapısında sevgi dolu baxışlarıyla,
Məmləkətim,məmləkətim,
mənim məmləkətim.

Bağrıma basdığım sevgilim,
yaradıb-yaradıb paylaşdığım
çovdarım,buğdam,alın tərim
torpağı aydınlatan günəşim
dəzgahlarını yaratdığım
əməyimin gücünü zorladığım
məmləkətim,məmləkətim,
məmləkətim mənim.

Çeviren : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(MEMLEKETİM BENİM)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Ürəyim çırpınır

Ürəyim çırpınır, hiss etdim səsini
Əllərim axtarır, göyərçin əllərini

Gözlərim axtarır, gül üzlü gözelliğini
Hisslərim çırpınır, hiss etdim nəfəsini

Varlığım çırpınır, hiss etdim gülüşlerini
Dodaqlarım axtarır, qurumuş buselerini

Ruhum axtarır, müqəddəs gözlərini
Mənliyim çırpınır, hiss etdi sənliyini

Çeviren :Ayşen Savadova

Fotoğraf :Çetin Bayramoğlu

(YÜREĞİM ÇIRPINIYOR)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın