Bilmirəm

Sən yadıma düşəndə,ağlım ürəyimə qarışır.
Gecəm gündüzümə çevrilir,sən xəyallarıma girəndə.
Əlimdən gələn; ağlımla qəlbimə hökm etmək
Və Elektronları titrədib sənə göndərmək,sadəcə.

Sevgim qəlbini titrədirmi? Bilmirəm.

Həyətimdə çiçəklər rəngarəng gözəlliklər saçır.
Səni sevdiyimi elektronlara yüklədiyimdə.
Evimdə pişiklərim doya-doya huzur yaşayır
Çox yaxında evə qayıdacağını dediymidə.

Sevgim qəlbində yaşıyırmı? Bilmirəm.

Sevgi bağlamalarını öpüb-öpüb qoxlayıram.
və Sənə yollayıram dalga-dalğa,işıq sürətində.
Gözlərimdə böyütdüyüm həsrəti bölüşürəm.
Sevgimizin xəbərçisi,sirr yoldaşım elektronlarla.

Sevgim qəlbinə çatırmı? Bilmirəm.

Çeviren : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(BİLMİYORUM)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Qüvvətli bir qəlb ağrısı çəkirdim

Bir səhər oyandım;
Sən yoxdun yanımda.
Göyüzündə çox sevdiyin
Qaranquşlar yoxdu,
Amma İstanbul çoxdu.
Qaranquşlar köç yoluna
Çoxdan düşmüşdülər.
İstanbul ayağa qalxıb
Üstümə-üstümə gəlirdi.
Mənsə güclü bir qəlb ağrısı çəkirdim.
Dodaqların dodaqlarımla qovuşmayalı,
Qəlbin qəlbimlə döyünməyəli çox oldu.
Bu arada İstanbul qazan,mən çömçə;
İstanbulu gəzirdim.
Və güclü bir qəlb ağrısı çəkirdim.
İstanbulun küçələrində tənhalığa həsrət
Aşiqlər çoxdu.
Təhnalığı bölüşüləcək
Gizlin köşələr heç yoxdu.
Bundan sonra da olmayacaqsan.
Sən isə yoxdun yanımda
Və sənsiz mən,qüvvətli bir qəlb ağrısı çəkirdim.

Çeviren : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(KUVVETLİ BİR KALB AĞRISI ÇEKİYORDUM)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Dərin kədər

Xəstəxana dəhlizində
Bir ana,ürəkdən sancılı;
Bir ata,gözləri yaralı.
Ağappaq otaqda bir oğlan uşağı
Təəccüblü və yorğun.
Damarlarında dolaşan kirli qan.
Həkimlər soruşurlar: nə etməli?
Dəhliz uzunu otuz adam.
Dəhlizdə günlər gecə,
Gecələr kədərlərə hamilə.
Sinif cərgələrində
Bir dost ,bugün də əksik.
Bir qrup oyunçusuz qalmış.
Dostlar meydançadan küsgün,
Meydança dostlarından da kədərli.
Məkətb həyətində gəzən
Müəllimlər soruşurlar : Necə başa salmalı?
Həyət uzunu min adam.
Çiçəklər bir gecədə solmuş,
Buludlar yağmura hamilə.
Şəhərin küçələrində
Bir dost,kədərli və çarəsiz.
Sevib oynadığı dünənki uşaq.
Xəstəxana otağında yatar,halsız.
Ümidsiz biri ölümü istiyər.
Atanı tənha qoymaq ölümdən betər.
Dost soruşur : Necə dözməli?
Küçələr uzunu sayısız adam.
Çıxılmaz küçələr dörd divar,
Divarlar fəryadlara hamilə.

Çeviren : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(DERİN ÜZÜNTÜ)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Dördlüklər

Özümü sevirəm;səni özüm kimi bildiyim üçün.
Özümü sevirəm; səni daha mükəmməl sevmək üçün.
Özümü sevirəm; ürəyimdə sənə daha çox yer vermək üçün.
Özümü sevirəm; səni qarşılıqsız sevməyin xoşluğunu hiss etmək üçün

══════ஜ۩۞۩ஜ════════════ஜ۩۞۩ஜ══════

Qırmızı güllər və Sən ; ürəyim gülümsəyər ,sizlərlə.
Qırmızı güllər və Sən ; günlərim aydınlıq,sizlərlə.
Qırmızı güllər və Sən ;gözlərim al-əlvan,sizlərlə.
Qırmızı güllər və Sən ;dəlidivanəyəm və xoşbəxtəm,sizlərlə.

══════ஜ۩۞۩ஜ════════════ஜ۩۞۩ஜ══════

İnsanın kirlənməsi,təbiətinkindən vacib deyilmi?
İnsanın kirlənməsindən daha məhvedici nə var,
Yaşadığımız həyat pis və yaxşının mübarizəsi deyilmi?
Qalib olacaq tərəf;düzgünlük və doğruluq deyilmi?

══════ஜ۩۞۩ஜ════════════ஜ۩۞۩ஜ══════

Ay düşəndə ağlıma,yorğun və tənha döşəyimdə
Qayğıyla oyanıram; axtarar əlllərim əllərini
Vüsala çatılır bir nəfəs;sən məni,mən səni
Öptüyümüz,sevdiyimiz və əzizlədiyimiz aylı gecədə.

══════ஜ۩۞۩ஜ════════════ஜ۩۞۩ஜ══════

Qulaq ver! ulduzların fəryadın duyarsan
Gecənin tənha saatlarında ;sən də yanarsan
Nəfəs ver buludlara ; yer açılsın ikimizə.
Dərin yuxular haram olsun,səssizliyimizə.

══════ஜ۩۞۩ஜ════════════ஜ۩۞۩ஜ══════

Səssizliyi parçalayan bəyaz üz ,yoxsa sənsən?
Gecənin sərin dəqiqələrində məni öpən kölgən?
Örtür fəryad-fəryada,xoşbəxtliyimi dərindən.
Keçir dalğalar,fəryadım dalğalar təpəsindən

══════ஜ۩۞۩ஜ════════════ஜ۩۞۩ஜ══════

Həyat ver! istiliyə sonsuzluq qədər susuzlamışam.
Gecənin dəhşəli çağında ürəyinə sığınmışam
və Nəfəsinə,bəyaz dişlərinə,çəhrayı dodaqlarına.
Sənsizliyimsə fəryad-fəryada düşür yoxluğuna.

══════ஜ۩۞۩ஜ════════════ஜ۩۞۩ஜ══════

Uzun bir yolun sonuna çatıram
Həyatın çağlarını dolu-dolu yaşayıram.
İşıq daha gözəl,rənglər daha canlı.
Dünən olanlar sabah olmayacaq,gəldim gedirəm.

Çeviren : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(DÖRTLÜKLER)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Sən, Mən idin

Mənim üçün sən vardın;
Günəş qədər isti,
İşıq qədər parlaq.

Özünü sevdim.
Tanıdım istiliyini,
Yaşadım sevgini.

Sözünü sözüm bildim.
Sən,mənimçün Sən’din;
Dəniz qədər dərin,
Qaya qədər realdın.
Özündə olan deyil,
Mən idin.

Əlimdə əlin,
Gözümdə gözüm,
Dodağımda dodağımdın.
Tərəddütüm deyil,
Həqiqətimdin..

Çeviren : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(SEN , BEN İDİN )

Azerbaycan Türkçesi içinde yayınlandı | , ile etiketlendi | Yorum bırakın

Əmin Olsaydım

Mən,mən olduğumdan əmin olsaydım;
Sənə “getmə” deməzdimmi?
Sənsizliyin bu qədər tənha mənsizlik,
Bu qədər tənha sənsizlik olduğunu bilsəydim;
Mən,mən olduğumu
Sən getmədən öyrənməzdimmi?
İndi sən, kim bilir hansı məndəsən?
Səni başqa gönüllərə tərk edərdimmi?
Mən sən olduğumdan əmin olsaydım.

Çeviren : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(EMİN OLSAYDIM)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Heç Bitməyir

Gecələrim doludizgin gözyaşları içində,
Gözlərim gizlənpaç oynayır,mənimlə.
Gecələr uzunu tənhalıqda gözlətdin.
Sevib sevdiyim,xəyallarıma belə gəlmədin.

Soruşsalar; bir kərə daha görməyimi səni
Yoxsa dayandırmağı üstün tutarsan,zamanı?
Hər şeyi gözə alar,dayandıraram zamanı.
Sonsuzluq içində yaşamaq üçün,səninlə.

İstanbulda tənhalaşan buludam,zaman yavaş keçir.
Yağmurlarım isladmır ,gecəmi gündüzümü.
Uzaq dursun məndən boşluqda sallanan zaman.
Tənhalığım dillərdə dastan;heç bitməyir,bitməyir.

Çeviren : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(HİÇ BİTMİYOR)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Mənlə tək qoydular…

Ağlamaq istədim.
Söz keçirdə bilmədim göz yaşlarıma.
Adımı unutdum: “Məcnun” dedilər
Qaçmaq istədim.
Çatdı arxamdan,addı-addım.
Dəliliyə vurdum: “Aşiqsən” dedilər.
Unutmaq istədim.
Baş köşədə yerləşdi,röyalarımda.
Etiraf etdim: “Leylan kimdi?” dedilər.
Günəşi və dənizi göstərdim.
Gözlərindən anladım: İnanmadılar.
“İstanbulda bir gözəl sevib” dedilər,

Məni,mənlə tək qoydular.

Çeviren : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(KENDİMLE YALNIZ BIRAKTILAR)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

SƏNSƏN…

Mübahisə varsa
Həyat var.
Mən varam,
Sən varsan.
Utopyalarımız
Solmasın.

Mübahisə varsa
Havada quş,
Suda balıq,
Ürəyimdə maddə var.
Maddə sənsən,
Mənim üçün.

Çeviren : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(SENSİN…)

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın

Nə gəzirdin?

Əvvəl mən varıydım.
Bir gün Sənə rast gəldim,
Xəyallarımda Sən də yer tutdun.
Məntiqim Sənlə Mən oldu.

Xəyallarımda nə gəzirdin?

Sənsiz bir heç oldum.
Sənlə bütünləşdim
Yaşadım kainatda.
Sənlə yaşamaq oldu.

Gözlərimdə nə gəzirdin?

Elimdən uzaqlaşdıqca maddəni ;
Sevgidən kasıbladıqca Səni
İtirdiyimi anladım.
Hər şey gec oldu.

Qəlbimdə nə gəzirdin?

Çeviren : Ayşen Savadova

Fotoğraf : Çetin Bayramoğlu

(NE ARIYORDUN? )

Azerbaycan Türkçesi içinde yayınlandı | ile etiketlendi | Yorum bırakın